
Ötən gün ANS-də yayımlanan “Adam içində” verilişinin canlı yayımında gərgin anlar yaşanıb.
Əməkdar artist Vaqif Mirzəyev Publika.az
saytına verdiyi müsahibənin müzakirəsi zamanı onunla verilişin
aparıcılarından olan Afət Rahilqızı arasında mübahisə düşüb.
Musiqiçi jurnalisti ittiham edib və saytımızda gedən müsahibənin
ondan icazəsiz efirdə yayımlanmasına etirazını bildirib:
“Həmin müsahibəni iki ay əvvəl vermişəm. Məndən icazəsiz efirə
veriblər. Haqqımda şayiələr yaymısınız. Mən qalmaqal adamı deyiləm.
Bundan sonra Afət xanım da zəng etdi, müsahibə aldı. Dedi,
evinizdəki əşyalarınızı satışa çıxarmısınız. Dedim, xəstəm var,
klinikaya gedirəm, sonra danışarıq. Sabahısı dostlar zəng edib ki,
sizi efirdə biabır ediblər”.
Publika.az-ın verilişdə qonaq qismində iştirak
edən əməkdaşı İntiqam Valehoğlu isə əməkdar artistin ittihamlarına
cavab olaraq bunları bildirib:
“Vaqif müəllim deyir ki, müsahibəni ondan xəbərsiz almışam. Bu necə
ola bilər? Müsahibə alanda özünə xəbərdarlıq etmişdim. Hətta bir
gün sonra Vaqif müəllim mənə zəng vurub təşəkkürünü bildirdi.
Təşəkkür etmək nədir, burada çıxıb etiraz bildirmək nə?”
Bundan sonra klarnet ifaçısı bildirib ki, sözügedən müsahibəyə deyil, onun efirdə yayımlanmasna etiraz edir.
Həmin müsahibələri aşağıdakı linklərdən oxuya bilərsiniz: