Mələkxanım Əyyubovanın ad günüdür – FOTO
Bizi izləyin

Tabloid.az

Mələkxanım Əyyubovanın ad günüdür – FOTO

Bu gün xalq artisti, sevilən sənətkar Mələkxanım Əyyubovanın doğum günüdür.

Publika.az-ın məlumatına görə, xanəndə xanım 1962-ci ildə Şamaxıda anadan olub. 1969-cu ildən 1979-cu ilədək Bakıdakı 155 saylı ota məktəbdə təhsil alıb.

M.Əyyubova qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirib. Ə.Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olub. 1979-cu ildən 1984-cü ilədək M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb. 1980-cı ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb.

Dünyanın bir çox ölkələrində - ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belarus, Latviya, İsveç, İraq, Hollandiya, Belçika, Rusiya və s. konsert proqramları ilə çıxış edib.

1995-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olub.

10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə dosent vəzifəsində çalışır. Azərbaycanın əməkdar və xalq artisti adına layiq görülüb.

Almaniya, Fransa və Türkiyədə muğam albomları buraxılıb.

Prezident və Heydər Əliyev Fondu mükafatçısıdır.

Təbrik edirik!

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm