Küləklə sovrulan Vivyen Li
Bizi izləyin

Tabloid.az

Küləklə sovrulan Vivyen Li

Əfsanəyə görə, Hindistanda xidmət edən Böyük Britaniya zabitinin arvadı Gertruda Hartli hamilə vaxtı yuxudan qalxarkən hər gün Himalay dağına tamaşa edərdi.

Qadın mövhumatçı ümidlərlə gələcək qızının da Himalayın döşündə açılan səhər kimi əsrarəngiz gözəlliyə malik olacağına inanırdı. Bəlkə də, elə buna görə 1913-cü il noyabrın 5-də Hindistanda dünyaya göz açan Vivyen Li öz gözəlliyi ilə Hollivudun ağlını başından aldı.

Dünyaya “Küləklə sovrulanlar” (“Gone with the Wind”) filmi ilə məşhurlaşan Vivyen Li bütün zamanların ən gözəl qadını hesab olunur.

Ekzotik Carcilinqdə doğulan Vivyen əslində ailəsi birgə Britaniyaya qayıtmalı idi. Lakin I Dünya müharibəsi ailənin Londona qayıtmasını ləngitdi. Yalnız 6 ildən sonra balaca Vivyen ailəsi ilə Böyük Britaniyaya qayıtdı. Gertruda qızının təhsil alması üçün özündən 2 yaş böyük olan qızlarla birgə qadın monastırına qoymaq istəyirdi.

Qadın monastırında olan qızlardan biri Morin O’Sallivan əvvəlcə Vivyenin ən yaxın rəfiqəsi oldu. İllər sonra isə Morin və Vivyen “ekran rəfiqələrinə” çevrilərək filmlərə birgə çəkildilər. Məhz rəfiqəsi, Vivyenin ən böyük arzusundan xəbərdar idi: qız aktrisa olmaq arzusunu sirr kimi saxlayırdı.

Bu istiqamətdə atdığı ilk addım isə özünə səhnə adı götürməsi oldu. Vivyen Hartli 6 il birgə yaşadığı ərinin soyadını götürməklə səhnəyə gəldi. Herbert Li Holmandan gələcəyin məşhur aktrisasına soyadla yanaşı Süzan adlı qızı da qaldı. Vivyen ərindən ayrılsa da, soyadını saxladı...

1938-ci ildə Vivyen sevgilisi Lourens Olivyeni ziyarət etmək üçün Hollivudda yerləşən çəkiliş meydanına gəldi. Bu zaman Vivyen “Küləklə sovrulanlar” bestsellerini ekranlaşması üzərində çalışan Selznik qardaşları ilə qarşılaşdı. İngilis qadını rol üçün gələn yüzlərlə rəqibinə qalib gələrək onu Hollivud ikonasına çevirən filmə çəkildi.

Vivyen və Olivye 1940-cı ilin yay fəslində ailə həyatı qurdular. Vivyen onunla düz 20 il evli oldu. Nə Olivye, nə də Vivyen bu müddət ərzində bir-birinə sədaqətli oldular. Lakin Vivyen ərindən boşandıqdan sonra belə Olivyenin şəklini çarpayıya bitişik dolabda qoruyub saxlayırdı.

1945-ci ildə aktrisada vərəm xəstəliyi aşkar edildi. Xəstəlik onun psixikasına təsir etdiyi üçün aktrisada ürəkgetmə və ağılsızlıq əlamətləri müşahidə olunurdu. O, müalicə məqsədi ilə elektroşok seanslarına da yazıldı, lakin bu, onun vəziyyətini daha da pisləşdirirdi. Olivye ilə Vivyenin uşaqları olmurdu və üstəlik, aktrisanın səhhətinin pisləşməsi onların münasibətlərinə də təsir edirdi. Olivye artıq arvadına xəyanət edərək aktrisa Coan Plourayt ilə sevgi romanı yaşayırdı. Vivyenin 45 yaşında əri ona avtomobil hədiyyə edib və əvəzində boşanmaq istədiyini deyib. Bu, Vivyen Li üçün ağır zərbə idi. Və hətta Olivye ondan ayrılıb getdikdə belə Vivyen onun nə zamansa geri dönəcəyinə ümid edirdi...

1950-ci illərdə depressiya və vərəm xəstəliyi Lini əldən salmışdı və o, işləməyə çətinlik çəkirdi.

Hollivudda şan-şöhrət qazansa da, Vivyen Li aktrisa kimi az filmlərdə çəkilib. Filmlərin sayı 20-dən aşağıdır. 53 yaşlı aktrisa 1967-ci ildə vərəmdən vəfat edənə qədər tamaşaçı qarşısına daha çox teatr səhnələrində çıxardı. Aktrisanın vəsiyyətnaməsinə görə, onu kremasiya etdilər, külünü isə yaşadığı evin qarşısında yerləşən gölə səpdilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm