Səməd Səmədov: “Saxladığım Çelsiyə bir milyon verdilər, amma…”
Bizi izləyin

Tabloid.az

Səməd Səmədov: “Saxladığım Çelsiyə bir milyon verdilər, amma…”

Xalq artisti Səməd Səmədov Publika.az-a itlərə olan xüsusi münasibətindən danışıb və it saxlamağın onun üçün hobbi olduğunu deyib:

“Şou-biznesdə olan bütün dostlarım gözəl bilir ki, mən heyvanları, xüsusən də itləri çox xoşlayıram. Həmişə də həyətimdə it saxlamışam. Özü də birini deyil, bir neçəsini. Elə heyvan var ki, insanlardan qat-qat sədaqətlidir”.

Xalq artisti hazırda beş itinin olduğunu deyib, amma 8 il öncə özünün təbirincə desəm, dünyasını dəyişən Çelsi adlı itini də unutmayıb: “Bağımda beş it saxlayıram, mənim üçün hərəsinin öz yeri var, amma Çelsinin yerini verən, hələ ki, yoxdur. Dünyasını dəyişən itimi deyirəm. Vaxt olub, Çelsiyə bir milyon manat təklif ediblər, amma onu satmamışam. Çünki Çelsinin mənim həyatımda özəl yeri olub, sədaqətli it idi. Hərdən mənə deyəndə ki, Çelsi ölüb, əsəbiləşirəm. Çelsi ölməyib, sadəcə, dünyasını dəyişib. O, indi də yaşayır, sadəcə, başqa ömrünü”.

İtlərin bəzilərinin dostları tərəfindən hədiyyə olunduğunu deyən Səməd Səmədov onlardan bəzilərini özünün aldığını bildirdi: “Rusiyada, İsraildə və digər xarici ölkələrdə yaxşı dostlarım var. Sağ olsunlar, zövqümə də yaxşı bələddirlər. Bilirlər ki, it sevənəm. Dostlarım mənə dəfələrlə bahalı itlər bağışlayıblar. Özü də həmin itlərin külli miqdarda qiyməti olub”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm