Yol polisi Humayı niyə cərimələdi?
Bizi izləyin

Tabloid.az

Yol polisi Humayı niyə cərimələdi?

Tarzən Humay Qədimovanı peşəkar avtomobil sürücüsü hesab etmək olar.

Uzun zamandır ki, sükan arxasına keçmiş tarzən Publika.az-a cərimələrindən də danışıb:

“Çalışıram xətalara yol verməyim, amma hərdən yol polisi müəyyən səbəblərdən saxlayır. Bu da qaçılmazdır. Yol gedən zaman telefona zənglər gəlir, əhəmiyyətli olanlar var ki, məcburiyyətdən açıb cavab vermişəm. Problem bu zaman yaranıb. Amma səliqəli sürücüyəm, yol hərəkəti qaydalarına riayət edirəm. İldə iki dəfə cərimə oluna bilərəm, bu da əsasən sadaladığım səbəbdən olur”.

Humay avtomobillə bağlı arzularından da söz açdı. Hazırda “Prado VX Land Gruzer” idarə edən sənətçinin ilk qismətinə düşən avtomobil bundan bir qədər ucuz olub.

Sənətçi bildirib: “Bir müddətdi sonuncunu “CL Mersedes”, yaxud “Lexus 570” marka ilə dəyişməyi düşünürəm. Bəlkə, köhnəni satıb, kreditlə aldım”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm