Türkiyədə yaşayan aktrisamız muştuluqladı – FOTO
Bizi izləyin

Tabloid.az

Türkiyədə yaşayan aktrisamız muştuluqladı – FOTO

Türkiyədə yaşayan həmyerlimiz, aktrisa Məlahət Abbasova Hüseyn Cavidin “İblis” əsərini Türkiyədə səhnəyə qoyacaq.

Bu haqda aktrisa Məlahət Abbasova “Facebook” profilində məlumat verib: “Hüseyn Cavidin “İblis” əsəri Türkiyədə səhnəyə qoyulacaq. Bu qərar İstanbul şəhər teatrlarının bədii şurası tərəfindən verilib. Bu, tarixi bir hadisədir. Uzun illərdən bəri xəyalını qurduğum arzum, nəhayət, həyata keçdi. Ruhun şad olsun, Hüseyn Cavid”.

Qeyd edək ki, Məlahət Abbasova İstanbul Şəhər Bələdiyyə Teatrında aktrisa və rejissor kimi fəaliyyət göstərir. Aktrisa həmçinin türk seriallarında da çəkilir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm