Londonda Azərbaycan İncəsənəti Festivalının açılışı oldu
Bizi izləyin

Tabloid.az

Londonda Azərbaycan İncəsənəti Festivalının açılışı oldu

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda “Buta” II Beynəlxalq Azərbaycan İncəsənəti Festivalının açılış konserti olub.


Publika.az-ın məlumatına görə, məşhur “Royal Albert Hall” konsert salonunda təşkil olunan qala konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, İsfar Sarabski, Soltan Hacıbəyov, Azər Rzayev və Fərhad Bədəlbəylinin repertuarlarından əsərlər səsləndirilib.


Cazmen Şahin Növrəslinin çıxışı maraqla qarşılanıb. Dünyaşöhrətli tenor Andrea Boçelli də konsertdə çıxış edib.

Əsərlərin ifasını respublikanın əməkdar artisti, pianoçu Murad Hüseynov kimi yerli sənətçi ilə yanaşı, əcnəbi sənətçilər də müşayiət ediblər. Açılış konserti geniş tamaşaçı auditoriyasını özünə cəlb edib.


“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev deyib ki, festivalının təşkilində məqsəd beynəlxalq ictimaiyyəti Azərbaycan incəsənəti və mədəniyyəti ilə yaxından tanış etməkdir.


“Buta” Azərbaycan İncəsənəti Festivalı bu il “Azerbai-WOW” devizi altında keçirilir. Beş ay davam edəcək festival Azərbaycan mədəniyyətini, incəsənətini və mətbəxini təbliğ edəcək.


Festival çərçivəsində həmçinin Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət ictimai incəsənət seriyasının nümayişi də planlaşdırılır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm