Kənan MM-dən dəhşətli etiraf: ”Mənə başkəsənlik təklif edirlər” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Kənan MM-dən dəhşətli etiraf: ”Mənə başkəsənlik təklif edirlər” - FOTOLAR

Düz beş ildir ki, klip çəkməyəcəyinə söz vermişdi. Dəfələrlə bu barədə mətbuatda, eləcə də efirlərdə məlumat da vermişdi. Amma bu arada da boş dayanmadı. Gah aktyor kimi filmə çəkildi, gah da özü film çəkdi. Amma bir onda eşitdik ki, Kənan MM yeni klip də çəkib.

Publika.az-ın da qatıldığı həmin təqdimat mərasimində Kənanı sorğu-suala çəkdik…

- Bir müddət öncə Publika.az-a açıqlama verərək belə bir ifadə işlətmişdin: “Şou-biznes mənim üçün rəhmətə getdi”. Amma indi baxıb görürəm ki, heç də belə deyilmiş. Yenə şou-biznesdəsən və şou-biznes nümayəndələrindən birinə klip də çəkmisən… Xətrinə dəysə də, soruşacağam, niyə sözünü tutmadın?

- Bu klipin şou-bizneslə heç bir əlaqəsi yoxdur. Arada dostluq münasibətləri var və buna görə də bu klipi çəkdim. Burda müəyyən məqamlar da rol oynadı.

- Məsələn?

- Vüsalənin sadiqliyini dəyərləndirdim. Mənə zəng elədi ki, ilk işimi səninlə başlamışam, indi də səninlə davam etdirmək istəyirəm. Başqa rejissorun qapısına getmək istəmirəm. Mən bir az duyğusal insanam və “yox” deyə bilmədim. Həm də o ərəfədə klip çəkilişlərim dayanmışdı, bekar idim, buna görə klipi çəkməli oldum.

- Artıq şeytanın qıçını sındırdın. Başqa müğənnilərə də klip çəkəcəksən?

- Özlərini adam kimi aparsalar, hə.

- Yəni?

- Nankor olmasalar.

- O hansı nankordur ki, səni “bir də klip çəkməyəcəyəm”qərarını verməyə məcbur etmişdi?

- Ad çəkməyəcəyəm.

- O adamla danışmırsan?

- Guya danışmadığım adam gecə rahat yata bilmir?

- Anlamadım. Nə mənada deyirsən?

- Ümumiyyətlə, Azərbaycan şou-biznesində normal klip istəmirlər. Müğənnilər yalnız xarici ölkələrdə klip çəkdirmək arzusundadırlar. Guya Türkiyə, ya Gürcüstan “peçatı” onun pasportuna dəyibsə, iş əladır. Bunun pərdəarxası var. Tamaşaçı burda çəkilən kliplə xaricdə çəkilən klipin fərqini bilmir. Azərbaycanda heç bir rejissora oradakı rejissorlara verilən qədər pul verilməyib. Versinlər, görsünlər, biz xaricdə çəkilən kliplərdən daha keyfiyyətlisini, daha baxımlısını çəkirik, ya çəkmirik? Bizim Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri necə olur Türkiyənin ən prestijli təhsil ocaqlarında dərs deyir, niyə? Çünki onlara tələbat var. Amma bizimkilər özləri-özlərinə dəyər verməyi bacarmır.

- Azərbaycanda indiyə qədər ən bahalı klipi hansı müğənnilərə çəkmisən?

- Ruhi, Faiq Ağayev, Yeganə, bir də Vüsalə Rəcovaya. Hamısına eyni qiymətə çəkmişəm.

- Neçəyə?

- İndi çəkilən kliplərdən qat-qat baha qiymətə…

- On min civarında olar?

- Tam doğru... Amma Türkiyənin özündə on min manatlıq klip yoxdur. Kim deyirsə, yalandır. Mən Türkiyədə bir həftə dostum Teoman Topçunun evində qonaq oldum. Türkiyənin ən məşhur rejissorlarından biridir. Hande Yenər, Demet Akalına klip çəkib. Mənə dedi ki, hələ də anlamıram, sizin müğənnilər bura niyə gəlir?

- Elə bir müğənni olubmu ki, nəyinsə xətrinə məcbur qalıb ona klip çəkmisən?

- O qədər olub... Amma yadımda deyil hansı müğənni olub.

- Xalq artistlərindəndir?

- Yox.

- Hazırda hansı müğənniyə sevə-sevə klip çəkmək istərdin?

- İnanırsan, heç bir müğənniyə. Məni oynadan musiqi yoxdur.

- Yəni buna səbəb yalnız musiqinin ürəyincə olmamasıdır?

- Mən klip çəkəndə kiminsə şəxsiyyətini nəzərə almıram, musiqini nəzərə alıb işləyirəm.

- Bəs kino aləmində təzə nə xəbər var, yeni film gözlənilirmi?

- “Bozbash pictures” üçün bədii film çəkdim, qış aylarında kinoteatrlarda təqdimatı olacaq.

- Bəs serial çəkmək istəmirsən? Çünki bir serial artıq çəkmisən.

- Seriallara məni aktyor kimi dəvət edirlər. İndinin özündə bir neçə serialdan dəvət almışam. Amma imtina elədim.

- Niyə?

- Əgər rejissor məndən güclü olarsa, onun kamerası qarşısında dayanmağa razılıq verərəm.

- Güclü rejissor saydığın kimlərdir ki?

- Eldar Quliyev məni “Dərvişin qeydləri” filminə dəvət etdi, çəkildim. Heç vaxt təcrübəsi məndən az olan rejissorun kamerası qarşısında dayanmaram.

- Azərbaycanda çəkilən seriallara baxırsan?

- Baxıram və keçənilki seriallarla bu il çəkilənlər arasında böyük fərq görürəm.

- Fərq nədədir ki?

- Aktyor oyununda, musiqidə, işıqda, rəngdə.

- Necə bir obrazda serialda çəkilmək istərdin?

- Fərqi yoxdur. Aktyorluğu bacarıramsa, istənilən bir rolun öhdəsindən gələrəm.

- Amma nədənsə səni cinayətkar, killer rolunda daha çox görürük…

- Neyləyim, anam məni elə doğub da… Gələn təkliflərin hamısı da elədir. Başkəsən, cinayətkar olmağımı təklif edirlər. Filmdə ya gərək baş kəsəm, ya da...

- Həyatda necə birisən?

- Tam əksinəyəm. Allah yazıbsa, pozsun.

- Görəsən, o, indi yatır yerində?

Saçları özgənin sinəsindədir,

Düşmən də olmasın mənim yerimdə,

Nəfəsi özgənin nəfəsindədir...

Təzə şeir yazmamısan ki?..
- Var şeirlərim. Əslində mən misra-misra yazıram. Şeiri bütünlüklə oturub yazmıram.

- Bəlkə, son misralardan bizə də söyləyəsən...

- Mən hara baxıram, səni görürəm,

Bəlkə də, gözümün qarası sənsən,

Həkimlər dedi ki, guya ölürəm,

Qəlbimin sağalmaz yarası sənsən...

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm