Dünyanın ən varlı qadın sənətçiləri – SİYAHI – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Dünyanın ən varlı qadın sənətçiləri – SİYAHI – FOTOLAR

“Forbes” jurnalı 2014-cü ilin ən çox qazanan müğənnilərinin ilk “onluğ”unu açıqlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onuncu pillədə bir zamanlar şöhrətin zirvəsində olan, hazırda isə həmin günlərini geri qaytarmağa çalışan Britni Spirs dayanır. Məşhur müğənni geridə qalan il ərzində 20 milyon dollar qazanıb.

Hər zaman qeyri-adiliyi ilə seçilən Ledi Qaqanın gəlirləri Spirsdən 13 milyon dollar çox olub. Selin Dion isə siyahının səkkizinci pilləsində qərarlaşıb. “Titanik” filminin sountreki ilə dünyaya səs salan ifaçı bu il büdcəsini daha 36 milyon artırıb. Mayli Sayrus da Dion qədər qazanıb və yeddinci pillədədir. Cennifer Lopez isə Dion və Sayrusu bir milyon qabaqlamaqla altıncı yerdə qərarlaşıb. Keti Perri 40 milyon dollarla beşincidir. Barbadoslu gözəlçə Rihanna bu il 48 milyon dollar qazanıb. İlk üçlükdə isə bir gözlənilməz ad var. Bu, alternativ musiqinin güclü səsi Pinkdir. Onun gəlirləri 52 milyon dollar təşkil edib. “Forbes”ə görə Teylor Svift bu ilin ən çox qazanan ikinci qadın müğənnidir. Onun 64 milyon dollar qazandığı bildirilir.

Nəhayət, piramidanın zirvəsində Beyons dayanır. “Forbes”in hesablamalarına görə, qaradərili sənətçi builki qazancı ilə ən yaxın izləyicisini də təxminən iki dəfə qabaqlamağı bacarıb. Onun gəlirlərinin 115 milyon dollar olduğu qeyd olunur.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm