Azərbaycana narkotikdən bəhs edən tamaşa gətirdilər – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycana narkotikdən bəhs edən tamaşa gətirdilər – FOTO

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi Bakıda qastrol səfərindədir.


Publika.az-ın məlumatına görə, səfər çərçivəsində kollektiv bu gün yazıçı-dramaturq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri Rafiq Rəhimlinin “Sönmüş talelər” tamaşası ilə çıxış edəcək.

Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Azərbaycanın əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.


Narkotik və narkomanlığa qarşı mübarizəyə həsr olunmuş tamaşada rolları əməkdar artistlər Mahir Məlikov, Əliyar Hüseynov, aktyorlar Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova, Səbuhi Ömərov və başqaları ifa edəcək.


Dərbənd teatrı noyabrın 20-dək Azərbaycanın bir sıra bölgələrində sözügedən tamaşa ilə çıxış edəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm