• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Tanınmış aktyordan Rəşid Mahmudovun ünvanına ağır sözlər - QALMAQAL

Tanınmış aktyordan Rəşid Mahmudovun  ünvanına ağır sözlər  - QALMAQAL

Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudovun artistlər barədə səsləndirdiyi fikirlər cavabsız qalmayıb.

Tanınmış aktyor Elcan Rəsulov Publika.az-a açıqlama verərək doktoru sərt tənqid edib:
Rəşid doktorun artistlər haqqında səsləndirdiyi fikirlər bir artist kimi məni narahat etdi. Təranə və Nazənin barədə danışırsa, fikrini də onlar barədə desin. Başqa artistləri deyə bilmərəm, amma mənim haqqım və gücüm var ki, efirdə görünmək naminə hər cür verilişə çıxan bu insana cavab verim”.

E.Rəsulov bildirib ki. R.Mahmudov “artistin kişisi də pis yola gedən deməkdir, qadını da” ifadəsinə görə üzr istəməlidir:

“Min bir fırıldaqla pullar qazanan adam 150-200 manata görə canını, ömrünü xalqa həsr edən insanlar barədə hansı haqla bu cür fikir səsləndirə bilər? Adam gərək danışanda səhvə yol verməsin ki, sonra da üzr istəməyə məcbur olmasın. Ağsaqqal səhvə yol verib və bunun da əvəzini, hələlik, üzr istəməklə ödəməlidir”.

Aktyor bildirib ki, Rəşid Mahmudovun Nazənin-Təranə qalmaqalına münasibət bildirməyi də doğru deyil:


“O ki qaldı müğənnilərin mübahisəsinə, bunun Rəşid doktora heç bir aidiyyatı yoxdur. Nə vaxt onlar bir-birinə xəsarət yetirsələr, doktora ehtiyacları olar, onda Rəşidə söz verərlər”.

Qeyd edək ki, R.Mahmudov Publika.az-a açıqlamasında müğənni Təranə Qumralla həmkarı Nazəninin arasında yaşanan qalmaqala belə münasibət bildirmişdi:


Artist mütrif deməkdir. Yəni, artistin kişisi də, arvadı da pis yola gedən deməkdir”.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR