• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

SOS: 1500 illik Ayasofya yüksək bir səsdən yıxıla bilər

SOS: 1500 illik Ayasofya yüksək bir səsdən yıxıla bilər

İstanbul Texniki Universitetində (İTİ) təşkil olunan “İstanbulda tarixi abidələrin vəziyyəti” adlı beynəlxalq konfransda Ayasofya muzeyinin 4 minarəsinin dağılma təhlükəsi olduğu açıqlanıb.

Axar.az bu haqda türk mediasına istinadən xəbər verir. 10 illik elmi təcrübə və araşdırmalardan sonra məlum olub ki, 7 və daha yuxarı bal gücündə zəlzələ baş verərsə, muzey dağılacaq.

Ayasofyanın seysmik dayanıqlığı üzərində aparılan çalışmalara rəhbərlik edən Rəşad Oygüc verdiyi açıqlamada nuzeyin restavrasiyasının vacib olduğunu deyib: “İndiki halda Ayasofyanın 4 minarəsi, 7 və daha çox bal gücündə zəlzələyə davamlı deyil. Minarələrdə bərpa işləri aparılmalıdır. Tarixi abidəni zəlzələ risklərinə qarşı qorumaq lazımdır. Ayasofyanın zəlzələ zamanı hansı vəziyyətə düşəcəyi barədə hazırladığımız üçölçülü zəlzələ modelində araşdırdıq. Virtual zəlzələ təcrübələrində minarələrin böyük risk daşıdığını təsbit etdik”.

Publika.az-ın məlumatına görə, bununla bağlı hələ Ayasofiyanın keçmiş müdiri Ərdəm Yücəl bir il öncə bu bardə xəbərdarlıq edib. Onun sözərinə görə, Ayasofiya nəinki zəlzələdən, hətta yüksək bir səs dalğasından yerlə yeksan ola bilər. O deyib ki, hələ 1994-cü ildə bununla bağlı texniki müyənə aparılb, muzeyin səsə reaksiyası öyrənilib.

Və məlum olub ki, yüksək bir səs Ayasofiyanı dağıda bilər. Misal olaraq o bir neçə il əvvəl İstanbul Musiqi Festivalının çuzeydə keçirilməsini xatərladıb və deyib ki, tədbirdən sonra Ayasofiyanın mozaikalarının və qübbə altındakı suvaqlarının töküldüyünü xatırladıb. Həmin konsertdən Ayasofiyada bu kimi tədbirlərin keçirilməsi qadağan olunub.

Xatırladaq ki, inşasına 532-ci ildə başlanan Aya Sofyanın tikintisi 5 il 11 ay 10 günə başa çatıb. 1935-ci ildən bu günə qədər muzey kimi fəaliyyət göstərən abidənin qübbəsinin hündürlüyü 55-60 metr, eni 31-36 metrdir. Bu qübbə eni 1,1 metr olan 40 dirəyə söykənib. Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun saxlayır və açılan 40 pəncərə onun bol işıq almasına səbəb olur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR