Kıvanç Tatlıtuğ pərəstişkarlarına pis xəbər – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Kıvanç Tatlıtuğ pərəstişkarlarına pis xəbər – FOTOLAR

Tanınmış türk aktyor Kıvanç Tatlıtuğ 2015-ci ilin sonuna qədər ekranlarda görünməyəcək.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o da keçmiş tərəf müqabili Beren Saat kimi uzunmüddətli istirahət etmək qərarı verib. Buna səbəb isə aktyorun böyük ümidlərlə başladığı “Kurt Seyit və Şura” serialında istədiyi reytinqi toplaya bilməməsidir. Serialın bitməsinə qısa müddət qalsa da, aktyora saysız-hesabsız serial təklifləri var. Amma Tatlıtuğ təklifləri rədd edərək, ekrandan uzaq qaldığı müddətdə aktyorluq təhsilini təkmilləşdirmək niyyətindədir.

Qeyd edək ki, aktrisa Beren Saat də ötən il “Aşkı Memnu” və “Fatmagülün Suçu Ne” seriallarının ardınca çəkildiyi ”İntikam” serialında uğur qazana bilməmiş və bu səbəbdən bir müddət çəkilişlərdən uzaqlaşmışdı.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm