“Sonuncu”ya mükafat verdilər – FOTO
Bizi izləyin

Tabloid.az

“Sonuncu”ya mükafat verdilər – FOTO

Türkiyənin İzmir şəhərində keçirilən XV Beynəlxalq qısa film festivalında “Buta Films” şirkətinin və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan “Sonuncu” filmi “Ən yaxşı xarici film” nominasiyasında birinci yerə layiq görülüb.


Buta İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Fuad Hətəmovun Publika.az-ın məlumatına görə, qaliblər xüsusi təntənəli qala-gecədə elan edilib. “Sonuncu” filminə festivalın “Qızıl pişik” mükafatı təqdim olunub.

F.Hətəmov bildirib ki, festivalın münsiflər heyəti tanınmış yerli və xarici kino peşəkarlarından ibarət idi. Münsiflər heyətinin prezidenti, Türkiyənin məşhur rejissoru Tunç Başaran “Sonuncu” filmi haqda bunları deyib: “Film çox yüksək səviyyədə və peşəkarlıqla çəkilib. Bunu hər bir detalda – rejissor və operator işində, həmçinin filmin dərin emosional mənasında və gözəl musiqisində hiss etmək mümkündür.


Finalda digər güclü xarici filmlərin olmasına baxmayaraq, “Sonuncu” bizə çox təsir etdi. Mən hesab edirəm ki, bu ilk növbədə filmin prodüserlərinin böyük əməyinin nəticəsidir. Filmin bütün kollektivini bu gözəl qələbə münasibətilə təbrik edirəm”.


Builki festivala 63 ölkədən 1100 qısa filmin qatıldığını söyləyən Buta İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə direktoru deyib ki, bu ekran əsərlərindən yalnız 10-u final mərhələsinə keçib. Beş gün davam edən festival çərçivəsində finala düşmüş filmlərlə yanaşı, yerli və xarici tamaşaçılara 200 qısa film nümayiş olunub.


Qeyd edək ki, fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən bu 15 dəqiqəlik filmin çəkilişləri Bakının 120 kilometrliyində yerləşən Sura kəndində aparılıb.


“Sonuncu” filmi quruluşçu rejissor Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı barədə çəkdiyi qısametrajlı bədii ekran əsəridir.


Filmin quruluşçu operatoru Denis Madışevdir. Ekran əsərində veteran rolunu aktyor İdris Rüstəmov, gənc qonşu rolunu isə aktyor Corc Qafarov oynayıblar.


Bu film gənc prodüserlər Mariya İvanovanın və Nəsib Piriyevin bədii kino sənətində debütləridir. Buna qədər onlar sənədli film layihələri üzərində çalışıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm