• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Məryəm Üzərli: “Evim də yoxdur, maşınım da, velosipedim var” - FOTOLAR

Məryəm Üzərli: “Evim də yoxdur, maşınım da, velosipedim var” - FOTOLAR

Yanvar ayında Türkiyəyə dönəcək aktrisa Məryəm Üzərli pərəstişkarlarına müjdə verib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Hürrem Sultan” yeni serialda rol alacağını bildirib:

“Yanvardan yeni serialda çəkilmək üçün Türkiyəyə gələcəyəm. Amma serialın nə vaxt yayımlanacağı barədə məlumatsızam. Yəqin ki, apreldən etibarən yayımlanacaq.Yenə də köhnə dostlarımla işləyəcəyəm. Hər şey gizli olduğu üçün çox şey deyə bilmərəm. İşimdən ilyarım uzaq düşdüm. Son layihədən sonra çox uzun fasiləyə, istirahətə ehtiyacım olduğunu düşündüm. Yenə sevimli işimlə məşğul olmaq, içimdəki enerjini partlatmaq istəyirəm və elə də edəcəyəm”.

Üzərli müqavilə imzaladığı şirkətin rəhbərliyinin ona mənzil hədiyyə etməsi ilə bağlı yayılan şayiələrə isə gülərək aydınlıq gətirib:

“ Bu günə qədər kimsə mənə ev hədiyyə etmədi, amma etmək istəsələr, “yox”demərəm. Bu xəbərlər doğru deyil. Berlində hansısa işə kapital qoyduğum barədə deyilənlər də yalandır. Yalnız qızım Larayla yaşadığım evim var. Hətta avtomobilim də yoxdur. Bir velosipedim var, ondan istifadə edirəm”.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR