• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Bəxt üzüyü”nün açıq-saçıq səhnələri FOTOLARDA

“Bəxt üzüyü”nün açıq-saçıq səhnələri FOTOLARDA

Publika.az Azərbaycan kinosunda açıq-saçıq səhnəsi olan daha bir filmi diqqətinizə çatdırır.


1991-ci ildə Ramiz Əzizbəylinin ekranlaşdırdığı “Bəxt üzüyü” filmi qəhrəmanlardan biri olan Saranın bəxt üzüyünün itməsi üzərində qurulub. Əməkdar artist Gülşad Baxşıyevanın oynadığı bu rol filmin hərəkətverici qüvvəsi hesab olunur. Çünki burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Elə bütün hadisələr də məhz bundan sonraya təsadüf edir.


Ekran işindəki nisbətən açıq səhnələr isə ötən əsrin 80-90-cı illərində Azərbaycanda çox populyar olan Firəngiz Rəhimbəyovanın üzərinə düşür. Aktrisa-müğənni o dövr üçün yetərincə açıq-saçıq hesab olunan geyimləri ilə film boyu diqqət mərkəzinə düşür.


Qeyd edək ki, baş rollarını xalq artistləri Valeh Kərimov və Afaq Bəşirqızı oynadığı filmdə əməkdar artistlər Ayşad Məmmədov, Gülşad Baxşıyeva, xalq artisti Rafael Dadaşov, Muxtar Maniyev də oynayıb. Filmin ssenarisini isə Ramiz Əzizbəyli, Vaqif Səmədoğlu və Orxan Fikrətoğlu yazıblar.


İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR