Müğənni polisi döydü - FOTO
Bizi izləyin

Tabloid.az

Müğənni polisi döydü - FOTO

İrlandiyanın məşhur qruplarından olan “Cranberries”in solisti Dolores O'Riordan həbs edilib.

Publika.az-ın məlumatına görə, bu barədə BBC məlumat yayıb. Bildirilir ki, Nyu Yorkdan Şannona gedən məşhur müğənni təyyarədə hadisəyə səbəb olub. Əvvəlcə stüardessa ilə dalaşan Dolores O'Riordan Şannon hava limanına endikdən sonra hüquq-mühafizə orqanı əməkdaşları ilə də dava etməkdən çəkinməyib. Belə ki, sənətçi təyyarəyə minən polis məmurlarından birinə hücum edib.

Məlumatda qeyd olunur ki, yaralı stüardessa və müğənni xəstəxanaya yerləşdirilib. Xəstəxanada olmağına baxmayaraq, müğənni burada da polis nəzarətinə götürülüb. O'Riordanın hücum etdiyi polis əməkdaşının isə yüngül xəsarətlə canını qurtardığı bildirilir.

Qeyd edək ki, O'Riordan ötən əsrin 90-cı illərinin məşhur qruplarından olan “Cranberries”in əsas simalarından hesab edilir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm