• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanlı xanəndə İsraildə konsert verdi - FOTOLAR

Azərbaycanlı xanəndə İsraildə konsert verdi - FOTOLAR

Xanəndə Qoçaq Əsgərov Azərbaycanın muğam və xalq mahnılarını bu dəfə İsraildə səsləndirdi.

Təəssüratlarını Publika.az-la paylaşan xanəndə Qüdsdə keçirilən “Ud” festivalı çərçivəsində 1000 nəfərdən çox tamaşaçı tutumu olan konsert zalında çıxış etdiyini bildirib. İfasına “Şur” dəsgahı ilə başlayan xanəndənin saat yarımlıq ifasından doymayan tamaşaçılar yerdən “Sarı gəlin”, “Bəri bax” və digər məşhur xalq mahnılarımızın adı ilə onu yenidən səhnəyə səsləyiblər. Vaxtilə Bakıda məskunlaşan yəhudilər isə Azərbaycanın xalq mahnılarına olan vurğunluğunu konsertdən sonra musiqiçilərlə görüşdə bölüşüblər.

Qeyd edək ki, konsertdən öncə Əqdəs Bağırzadənin təqdimatında və udun müşayiəti ilə Azərbaycanın tarixi məkanlarını əks etdirən slayd-şou nümayiş etdirilib.

YUNESKO-nun eksperti Sənubər Bağırova isə bu barədə çıxış etməklə yanaşı, musiqiçilərimizi konsert dinləyicilərinə yaxından tanıdıb. Eyni zamanda, xanəndənin səsləndirəcəyi qəzəllər barədə söz açıb.

Xatırladaq ki, Qoçaq Əsgərovu tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət ediblər.

Konsertdən sonra heyət İsraildə müqəddəs məkanları ziyarət edib. Eyni zamanda, incəsənət xadimlərimiz İsraildə məskunlaşan azərbaycanlı yazıçı Çingiz Hüseynovla görüşüblər və ədib onların timsalında doğma Azərbaycanını xatırladığını bildirib.

Q.Əsgərov növbəti ildə yenidən İsraildə konsert vermək üçün dəvət aldıqlarını deyib.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR