Türkiyənin Şabanının ad günüdür - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türkiyənin Şabanının ad günüdür - FOTOLAR

Türkiyənin məşhur teatr və kino aktyoru, komediya janrında filmləri ilə sevilən, xalq arasında Şaban adı ilə tanınan, yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə rol alan Kamal Sunalın ad günüdür.

Kamal Sunal 1944-cü il noyabr ayının 11-də İstanbulda anadan olub. Türk film sənətinin böyük komediya oyunçusu olaraq qəbul edilən Kamal Sunal oynadığı rollarla türk kinosuna yeni bir canlanma gətirib. Oynadığı filmlərdə əsasən, saf, şanslı, təmiz qəlbli xarakterləri canlandırıb. Filmlərinin çəkilişindən illər sonra belə böyük bir maraqla izlənib.

İstanbulda Kiçikbazar səmtində doğulan aktyorun atası Mustafa Sunal, anası Səimə Sunaldır. Kamal Sunalın Cəmil Sunal və Çingiz Sunal adında iki qardaşı var.

Sənətkar ibtidai məktəbi Memar Sinan məktəbində oxuyub. Vəfa litseyinin məzunu olub. Ali təhsilinə Mərmərə Universiteti Jurnaistika fakültəsində başlayan Kamal tədris illərində Emayataş Fabrikində işləyib, elektrik kimi çalışıb. Vəfa Litseyindəki fəlsəfə müəllimi Muşfiq Kəntər ilə tanışlığının Kamal Sunalın karyerasında xüsusi yeri olub.

Kamal Sunal 3 iyul 2000-ci ildə ürək tutmasından vəfat edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm