Əməkdar artist biabır etdi: “Utanmır, açıb hər yerini göstərir”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əməkdar artist biabır etdi: “Utanmır, açıb hər yerini göstərir”- FOTOLAR

Adları heç vaxt qalmaqalda hallanmayıb. Amma nədənsə, onları qalmaqala çəkənlər də tapılır. Söhbət Əməkdar artist Gülyaz və Gülyanaq Məmmədova bacılarından gedir. Baxmayaraq ki, başlarını aşağı salıb yaradıcılıqla məşğuldurlar, amma onların bostanını daşlayanlar tapılır…

Həmsöhbətimiz, bacılardan biri - Əməkdar artist Gülyanaq Məmmədova Publika.az-a müsahibə verərkən belə deyib.

- ATV-nin aparıcısı Mətanət Əliverdiyeva bir müddət öncə siz bacıları zövqsüz adlandırdı. Efirdən haqqınızda belə bir fikrin səsləndirilməsini necə qarşıladınız?

- Necə qarşılayacağam, çox pis. Həmin aparıcı bir neçə dəfə Gülyazla məni öz verilişinə dəvət edib. Hətta bu söhbət olmamışdan qabaq da. İyunun 10-u mənim ad günümdə də onun verilişinə dəvət aldım. Amma getmədim, dedik, işimiz var. Sonradan eşitdik ki, efirdə bizim barəmizdə xoşagəlməz fikirlər səsləndirib. Mən o xanımın dilindən deyilən bu sözləri eşidəndə əsəbiləşdim və bərk xətrimə dəydi. Çünki özümü hamıdan zövqlü xanım hesab edirəm. Kübar yanında kübar, kəndli yanında kəndli kimi özümü aparıram. Bunu məni tanıyanlar gözəl bilir. Ailəmlə, sənətimlə göz qabağındayam və hamı bizi yaxşı tanıyır. Sadəliyə, səmimiyyətə üstünlük verirəm, abrımı-həyamı, mədəniyyətimi, səviyyəmi qoruyub saxlayıram - bu o deməkdir ki, zövqsüzəm? Zövqlü kimə deyir bunlar? Hər yerini açıb efirdə göstərənə? Efir mədəniyyətdir, camaat baxıb nəticə çıxarır. Mənim o qadınla işim yoxdur, özünün şəxsi fikridir. Amma bunu mənə efirdən kənarda deyə bilərdi. Efirdən milyonlarla insanın gözü qarşısında bizim barəmizdə belə söyləməsi məni çox təsirləndirdi. İndi də bu haqda danışıram, pis oluram.

- Efirdən sonra bu barədə heç ona iradınızı bildirdinizmi, soruşdunuzmu, nədən haqqınızda belə bir fikir səsləndirib?

- Yox, niyə zəng edib soruşmalıyam ki? Bir dəfə bir məclisdə qarşılaşdıq. Nə mən ona salam verdim, nə də o məni gördü. İstəmədim həmin yerdə onun qanını qaraldım. Çünki ailəsi, övladı ilə həmin məclisdə oturmuşdu. Mən qəlb qırmağı xoşlamıram, baxmayaraq ki o, bizim ürəyimizi sındırdı. Ona cavab verməyi özümə sığışdırmadım.

- Belə başa düşdüm ki, hələ də küsülüsünüz?

- Küsülü deyəndə ki, sözü deyən də o, qəlbimizi qıran da o. Gülyaz xanım da mənim kimi. Əgər bilmək istəsəniz, mən Mətanətin nə geyimini, nə də aparıcılığını bəyənirəm.

- Yəqin, elə buna görə dəvətini qəbul etməmisiniz, o da efirdən ünvanınıza belə deyib…

- Özü bilər e. Amma mən onun aparıcılığını bəyənmirəm. Bu, mənim şəxsi fikrimdir, inciyir incisin. Bəlkə də, bu, onun stilidir, başqalarına xoş gəlir, amma elə şeylər var ki, qəbul etmirəm. Demirəm baxmıram, baxıram verilişlərinə, özü də ailəmizlə birgə. Baxıb müzakirə edirik. Bu yaxınlarda yenə onun verilişini izlədim. Biabırçılıq idi. Fərdanın ayağını göyə qaldırıb ayaqqabısını ayağından çıxarmasını gördüm. Sənət adamları ilə bu cür rəftar etmək olmaz. Bəlkə də, mən elə ona görə abrımı-həyamı qoruyub o verilişə getməmişəm. Mənimlə də elə rəftar etsəydi, pisimə gələrdi. Allah mənə hər şey verib, məndən heç nə əsirgəməyib. Bu, mənim sadəliyim, bu, mənim qaşım, gözüm, ayağım, boyum-buxunum. Allaha şükür, bu günə qədər bir dəfə də olsun nə bədənimdə, nə simamda plastik əməliyyat etdirmişəm. Ailəmlə də, balalarımla da xoşbəxtəm.

- Həyat yoldaşınızın haqqınızda söylənən belə xoşagəlməz ifadələrə münasibəti necə olur?

- İnan ki, çox əsəbiləşir. O, məni hamıdan gözəl sayır və hamıdan zövqlü bilir.

- Varmı elə verilişlər ki, dəvət edirlər, amma getmirsiniz?

- Bir neçə veriliş var. Amma mən burdan ad çəksəm, xətirlərinə dəyər. Heç Mətanət xanımın da verilişinə getmək istəmədiyimi birbaşa özünə demədim. Dolayısıyla eşitdirdim, bilmirəm başa düşdü, ya yox. Özü bilər.

- Yaxşı, bəlkə, onda bəyəndiyiniz verilişlərin adını çəkin…

- Yox, qoy bu, məndə sirr qalsın.

- Heç olmasa, birinin adını çəkin də…

- Heç kimin işinə qarışmayan, yalnız insanlara yaxşılıq etməklə məşğul olan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə baxıram.

- Yəqin ki, əlinizdə də mütləq dəsmal olur…

- Yalan nə deyim, onun verilişinə baxıb ağlayıram. Desəm, ağlamıram, yalan olar. Ordakı müxtəlif taleli insanlara baxıb şükr edirəm ki, həm özümün, həm də getdiyim ailə bütövdür. Orda dərbədər düşən ailələri görəndə ürəyim ağrıyır.

- Qorxmursunuz ki, birdən həyat yoldaşınızın da Rusiyada keçmiş xətaları peyda olar…

- Olsun. Səhfsiz insan yoxdur həyatda.

- Birdən hansısa xanım bir uşaqla gəldi ki, yoldaşınız onu qəbul etsin. Nə deyərsiniz?

- Canla-başla qəbul edərəm. Mən yoldaşımı çox sevirəm və bilirəm ki, məndən qabaq nə sevgilisi olub, nə də arvad-uşağı. Olarsa da, gözüm üstə yerləri var. Həyatdır da. Üç övladım var, indən belə heç vaxt ailəmi dağıtmaram. Bir uşaq da o yandan gəlsin, o da olar mənim balam.

- Yoldaşınızla aranızda söz-söhbət olanda güzəştə birinci kim gedir?

- Söz-söhbətsiz ailə olmur. Olanda da güzəştə birinci mən gedirəm. Kişi kişidir. Kişinin sözü keçməlidir hər zaman. Əlbəttə, qadın hər zaman keçməli, yola verməli və çox sözün başına ip keçirməməlidir.

- Heç acıq edib atanızın evinə getmisiniz?

- Yox, yox, Allah eləməsin. Küsüb evdən getməyi heç sevmirəm. Heç yoldaşım da sevmir. Bizim evdə bir adət var, heç vaxt evin sözünü kənara çıxarmarıq. Sözümüz olsa, onu heç bacılarımız da bilməz. Çünki demirik. Hətta evimizin sözünün qırağa çıxmaması üçün köməkçilərimiz də bacılarımızdır. Ailəmizə kiminsə müdaxilə etməsinə imkan vermərik. Bu, ata-anamdan bizə qalma nəsihətdir.

- Heç yoldaşınızla küsülü qalırsınız?

- Nə yoldaşımla, nə də bacım Gülyazla bir dəqiqə də olsun küsülü qalmışıq. Mən xasiyyətcə elə adamam ki, heç kimlə küsülü qala bilmirəm. Olub söz-sbhbətimiz, desəm olmayıb, yalan olar. Deyir çəkişməsən, bərkişməzsən. Həmişə tərif eşitsən, başın gicəllənər. Tənqiddən isə nəticə çıxarıb daha da xeyir taparsan.

- Yoldaşınız geyimlərinə müdaxilə edir?

- Bəzən olur. Həmişə geyindiyim paltarlara birinci o baxır və deyir ki, bu paltar sənə yaraşmır, yaxud yaraşır. Mən onun sözündən çıxmıram.

- Bir ara deyirdiniz geyimlərinizi qayınananız Türkiyədən alır…

- Elə indi də gedib bərabər alış-veriş edirik. Qayınanam mənimlə həm rəfiqədir, həm ana. Mən qismətinə çətin qayınana düşən gəlinləri qınamıram. Bir də görürsən qayınanalarını pisləyirlər. Bəlkə, mənim də qismətimə belə çətin insan düşə bilərdi. Sadəcə, mən şanslı xanımam və şükür edirəm ki, belə bir oğlana ərə getmişəm. Əgər o kişi mənim xanımlığıma, analığıma, sənətimə belə hörmət edib, dəyər verməyi bacarırsa, nəinki ona güzəştə getməyə, canımı da qurban verməyə hazıram. Mən onu daha çox sevdiyimi bilirsən haçan hiss edirəm?Uzaq səfərə çıxanda, iki-üç gün keçəndən sonra bu ayrılıq mənə dəhşətli gəlir. Öz-özümə deyirəm ki, ilahi, mən bu adama necə bağlıyammış.

- Maşallah, üç uşaq anasısınız. Yenidən ana olmağı düşünürsüz?

- Kişinin sözü bir olar. Dörd demişəm.

- Qız istəyirsiz, yoxsa oğlan?

- Qızım deyir ki, bacım yoxdur, bacı istəyirəm. Qız olsa, lap yaxşı, oğlan olsa da, şükür edərəm. Allahın verdiyi paya şükür. Övlad şirin paydır, fərq eləməz oğlan olsun, ya qız.

Cəvahir Səlimqızı

Fotolar: Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm