Azərbaycanda aşıqlar yarışacaq - FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanda aşıqlar yarışacaq - FOTO

Noyabrın 10-dan 18-dək Azərbaycanda ikinci Beynəlxalq Aşıq Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, festivalın əsas məqsədi aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsidir.


Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə keçirəcəyi festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən də aşıqlar iştirak edəcək.


Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşacaq beynəlxalq festivalın açılışı noyabrın 12-də Dövlət Musiqili Teatrında olacaq.


Həmçinin Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində festival iştirakçılarının çıxışlarının təşkili nəzərdə tutulub.


Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan Aşıq sənəti UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm