Türk müğənnisi Azərbaycanda film çəkir
Bizi izləyin

Tabloid.az

Türk müğənnisi Azərbaycanda film çəkir

Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəq Azərbaycan-Qarabağ barədə film çəkilişlərinə başlayacaq.

Publika.az-ın məlumatına görə, bu barədə sənətçi özü məlumat verib. Hazırda çəkilişlər üçün Bakıya gələn Əhməd Şəfəq filmin ssenari müəllifinin də özü olduğunu deyib.

Ermənilərin Qarabağı işğal etməsindən bəhs edən filmdə Azərbaycan həqiqətləri dünyaya car çəkiləcək. Filmin 80 faizi Azərbaycanda - Şamaxı bölgəsində lentə alınacaq. Bəzi kadrlar isə Tiflisdə çəkiləcək.

Filmin çəkilişi üçün Türkiyədən 25 nəfərlik yaradıcı heyət Azərbaycana gələcək. Çəkilişlərdə həm Azərbaycan, həm də Türkiyədən olan aktyorlar rol alacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm