• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Əməkdar artist üstündə qaz balonu gəzdirirmiş - FOTO

Əməkdar artist üstündə qaz balonu gəzdirirmiş - FOTO

Əməkdar artist Elza Seyidcahan, sən demə, əvvəllər üstündə qaz balonu gəzdirirmiş. Publika.az-a bu barədə danışan sənətçi, sən demə, gənclik illərində özünü qorumaq məqsədi ilə işini ehtiyatlı tuturmuş:

“Mən Konservatoriyada təhsil aldığım müddətdə həmişə üstümdə qaz balonu gəzdirirdim. Çünki dərsdən bəzən gecələr çıxırdım və evə metro, ya da avtobusla gedib-gəlirdim. Fikirləşirdim ki, kimsə mənə hücum edə, yaxud da xuliqanlıq məqsədi ilə yaxınlaşa bilər. Mən özümü qorumaq üçün işimi ehtiyatlı tuturdum. Amma bəxtimdən heç o qaz balonunu bir dəfə də olsun istifadə etmədim”.

Elzanın dediyinə görə, həmin qaz balonunu bacısına əcnəbi dostu veribmiş.

“Bəs indi necə, sənətçi özünü qorumaq üçün qaz balonundan istifadə edirmi, görəsən?”

“Yox, indi əmin-amanlıqdır, xalqım məni qoruyur" Elzanın cavabı belə olub.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR