• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Azərbaycanda Cenk kimi kişi çox azdır” – FOTOLAR

“Azərbaycanda Cenk kimi kişi çox azdır” – FOTOLAR

Publika.az tanınmış model və aktrisa, prodüser Kemal Cenk İçtenin həyat yoldaşı Minarə Allahverdiyeva ilə müsahibəni təqdim edir.

- Minarə xanım, hazırda Azərbaycandasınız, yoxsa Türkiyədə?

- Bakıdayıq.

- Yəqin ki, hələ bir müddət də körpənizlə məşğul olacaqsınız. Ya yaxın vaxtlarda işlərinizə davam etmək fikrindəsiniz?

- (gülür) Yox, təklif olsa, davam etmək istəyərdim. Çünki artıq darıxmışam.

- Qızlarınız necə yola gedirlər?

- Qızlarım çox yaxşı yola gedirlər. Böyük qızım balacanı çimizdirməkdə mənə yardım edir, gəzməyə çıxarır. Bu, mənə də böyük köməkdir. Böyük qızım Nərgiz balaca Məryəm Nura ana kimidir. Çox sevir onu. Ana kimi davranır hətta. Mənsə çəkilişlərimə qayıtmaq istəyirəm. Bir neçə ay fasilə verdim, bəsdir. Bir il ərzində mənə olunan təklifləri dəyərləndirə bilməmişəm. Artıq bəsdir.

- Böyük qızınızın neçə yaşı var?

- 12.

- Həyat yoldaşınız Cenk bəyin qızlarınıza münasibəti maraqlıdır…

- Cenk bəyi azacıq tanıyan insan bilir ki, onun uşaqlara sevgisi böyükdür, onları çox sevir.

- Siz ailə quranda bəziləri düşünürdülər ki, yaş fərqiniz həddən artıq çoxdur. Bu fərq özünü münasibətlərdə hansı formada göstərir?

- Əslində, ailə üçün belə yaş fərqi yaxşıdır. Özü də elə çox yaş fərqimiz yoxdur. O, məndən cəmi 11 yaş böyükdür. Həmyaşıdım olsaydı, bəlkə də, alınmazdı, tez-tez dalaşardıq. Belə daha yaxşıdır. O, daha anlayışlı, ağıllı, müdrik, səbirli yanaşır hər şeyə. Daha təmkinli və müdrikdir.

- Azərbaycanda xarici vətəndaşlarla nikaha daxil olan qadınlara münasibət birmənalı deyil. Hətta bəzən düşünürlər ki, xarici vətəndaşla ailə quran xanımlar pula, var-dövlətə görə bu addımı atırlar. Məsələn, Cenk bəy maddi baxımdan təminatlı insan olmasaydı, onunla ailə qurardınız?

- Hər kəs öz düşüncəsinə görə danışır, başqasını müzakirə edir. Kənardan hər şey başqa cür görünə bilər. Ailə sıx, qaranlıq meşədir, içini bilmək olmur. Ona görə kimlərinsə nə deyəcəyi məni heç vaxt maraqlandırmayıb. Mən Cenkdə kişilik gördüm, arvad kimi sözbazlıq yox, sözünün və hərəkətlərinin arxasında durmağını gördüm, başqalarının mənfi tərəfini görüb baltalamağı yox. Onun insanlara yardım etməyini gördüm. Məhz bu xarakterinə görə onunla ailə qurdum. İndi Azərbaycanda bu cür kişilər çox azdır.

- Düşünmürsünüz ki, "Azərbaycanda belə kişilər azdır" sözündən sonra sizə qarşı yerli publikanın münasibəti dəyişər?

- Mən doğru nədirsə, onu deməyi sevirəm. Düzünü dedim. Azərbaycanda bu cür kişilər nəinki az, çox cüzi miqdarda ola bilər. Bu, mənim fikrimdir.

- Siz həm də modelsiniz və model istənilən tərzdə geyinə bilər. Cenk bəy geyimlərinizə müdaxilə edirmi?

- Yox, Cenkin mənə geyim qadağası yoxdur. Çünki o, mənim tərzimi, çərçivəmi yaxşı bilir. Mən model olsam da, çərçivədən çıxmıram. Ən önəmlisi ictimai rəydir. Azərbaycanda yaşadığımız üçün bir az da mentaliteti düşünmək lazımdır. Model olsam da, heç vaxt açıq-saçıq geyinməmişəm. Yəni, tərzim bu deyil.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR