Məşhur türk cütlük bu şəxsi həbs etdirir – FOTO
Bizi izləyin

Tabloid.az

Məşhur türk cütlük bu şəxsi həbs etdirir – FOTO

Tanınmış türk aktyor Nihat Tolga Güleç və həyat yoldaşı, aktrisa Lara Yeliz Şar xoşagəlməz hadisə ilə üzləşiblər.

İtləri ilə gəzməyə çıxan Güleç və Yeliz kangal cinsindən olan başqa bir itin hücumuna məruz qalıblar. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük bununla bağlı məhkəməyə müraciət edib. İddiada cütlüyün Kadıköy ərazisində dəniz kənarında gəzişərkən Əli Ülvi Cedim adlı şəxsin iti tərəfindən hücuma məruz qaldığı göstərilib. Bildirilib ki, həmin vaxt itin sahibi dənizə çimməyə giribmiş.

Cütlük qeyd edib ki, itin onlara hücum etməyi Cedimin məsuliyyətsizliyi və başqalarının həyatını düşünməməsi səbəbindən olub. Artıq sözügedən şəxs barəsində cinayət işi açılıb və onu 8 aydan 3 il 6 aya qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, oxşar hadisə bir müddət öncə digər tanınmış sənətçi Coşkun Sabahın həyat yoldaşı Ceyda Sabahın da başına gəlmişdi. O, Bəbək bölgəsində piyada yürüş edərkən Cevdetpaşa prospektində doberman cinsindən olan bir itin hücumuna məruz qalmışdı.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm