Mikayıl Cabbarov Fransalı həmkarı ilə görüşüb
Bizi izləyin

Tabloid.az

Mikayıl Cabbarov Fransalı həmkarı ilə görüşüb

Parisdə səfərdə olan Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov noyabrın 12-də Fransanın Milli təhsil, ali təhsil və tədqiqatlar naziri xanım Najat Vallo- Belkasem ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. M.Cabbarov bildirib ki, hazırda Fransa-Azərbaycan əlaqələri, o cümlədən iki ölkənin təhsil qurumları arasında münasibətlər səmərəli şəkildə inkişaf edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Parisə, Fransa Prezidenti Fransua Ollandın Bakıya səfərlərini xatırladan M. Cabbarov qeyd edib ki, onun bu səfəri də məhz dövlətlərimizin başçılarının tövsiyələrinə uyğun olaraq həyata keçirilib. Məqsəd təhsil sahəsindəki əməkdaşlığımızın inkişafına töhfələr verməkdir.

Najat Vallo- Belkasem təhsil sahəsindəki münasibətlərin sürətli inkişafından məmnunluğunu ifadə edib və bu əməkdaşlığın artıq konkret nəticələrinin olduğunu bildirib. Bu məsələdə dövlətlərimizin başçılarının səfərlərinin də müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Fransalı nazir bir müddət əvvəl Azərbaycana səfərini xatırladıb və deyib ki, ölkəisi təhsil istiqamətində əməkdaşlığı davam etdirmək istəyirlər.

O, azərbaycanlı tələbələrin Fransa universitetlərinə qəbuluna üstünlük veriləcəyini bildirib və ali təhsil sahəsində əlaqələrin səviyyəsini daha da yüksəltmək istədiyini qeyd edib. Sonda görüşün nəticələrinə dair protokol imzalanıb.

Elə həmin gün M.Cabbarov Azərbaycan Mədəniyyət Mərkəzində Parisdə və onun ətrafındakı ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm