Arif Quliyevin pulunu əlindən aldılar – FOTO
Bizi izləyin

Tabloid.az

Arif Quliyevin pulunu əlindən aldılar – FOTO

Xalq artisti, aktyor Arif Quliyev vaxtilə bir dələduzun “tilovuna düşməsindən” danışıb.

Publika.az-ın məlumatına görə, aktyor vaxtilə onu aldadan iş yoldaşı barədə hər kəsi təəccübləndirən açıqlamalar verib: “O vaxt internat evindən yenicə ayrılmışdım, teatrda çalışırdım və az-çox pul yığmışdım ki, özümə ev alım. Teatrda bir nəfər mənə dedi ki, bu işdə sənə kömək edərəm. Qəpiyinə qədər bütün pullarımı ona verdim ki, mənə bu işdə kömək olsun. Həmin adam aktyor deyildi, amma teatrda çalışırdı. Bilirdim ki, yuxarılarda yaxşı dostları, tanışları var. Üstündən bir ay keçdi, iki ay keçdi, evdən xəbər çıxmadı. Hər dəfə soruşanda “bir az da gözlə” deyib başımı qatırdı. Nəhayət ki, dördüncü ay başa düşdüm ki, bu adam fırıldaqçıdır və mənə kəf gəlir. Amma o tələdən özüm çıxa bildim. Vaxtında ayılıb, həmin adamdan pulumu geri ala bildim”.

Xalq artisti insanlara dələduzlardan uzaq olmağı məsləhət görür.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm