Bu qadın “Twitter”i qarışdırdı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bu qadın “Twitter”i qarışdırdı – FOTOLAR

“Calvin Klein” şirkətinin son reklamında yer alan məşhur amerikalı model Mila Dalbesio 38 ölçülü bədənə sahib olsa da, nüfuzlu moda jurnalı “Elle” tərəfindən "böyük bədən manekeni" kimi müəyyən olunması reaksiya çəkdi.

Markanın "Perfectly Fit" adlı seriyasında modellik edən Dalbesio daha əvvəl firmayla çalışan qadınlardan daha böyük bədənə sahib olmasıyla diqqət çəkmişdi.

Publika.az-ın məlumatına görə, “digər modellərdən daha kök" olduğunu söyləyən Dalbesio özünü normal modellər arasında gördüyünü bildirib.

27 yaşlı Dalbesio özü də etiraf edib ki, onun reklamda yer almağı təəccüblüdür: “Çünki kilolu bir qadınam. Amma hazırda bu sektordakı ən kilolu qadın mən deyiləm”.

“Elle”nin “Twitter”dəki səhifəsində də 180 santimetr boya sahib olan Dalbesionun ölçüləri gərgin müzakirələrə səbəb olub.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm