“Fatih Harbiyə”nin villasında klip çəkildi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Fatih Harbiyə”nin villasında klip çəkildi – FOTOLAR

Müğənni Vüsalə Rəcovanın “Sevməyi öyrəndim” klipinin davamı İstanbulda çəkilib.

Söz və musiqisi Rəşad Bağırova məxsus “Getmə” kompazisiyası bu dəfə mini film şəklində təqdim ediləçək. Çəkilişlər maraqla izlənilən “Fatih Harbiyə” serialındakı villada çəkilib. Rejissoru Kənan MM olan mini filmdə xəyanət və qısqanclıq yenə ön plandadır.

Xatırladaq ki, elə yenə Kənan MM-in çəkdiyi ötən klipdə xəyanətinin ardınca sevgilisini bağışlayan Vüsalə xanım bu dəfəki ssenaridə Qafur bəydən aldığı evlilik təklifini dəyərləndirir. İstanbulda özlərinə toy edən cütlük valideyn olmağa hazırlaşır. Amma yenə də xəyanət və qısqanclıq onların münasibətinə soğan doğrayır. Qafur bəy bu dəfə də bağışlanması üçün şans axtarır və dünyaya gələcək övladına beşik, xanımına gül dəstəsi alaraq, qapının önündə dayanır.

Vüsalə xanımın onu bağışlayıb-bağışlamayacağı növbəti – üçüncü mahnının ekran görüntülərində bəlli olacaq. Hələlik isə heyət montaj prosesində olan klipi yaxın zamanlarda təqdim etməyə hazırlayır.

Maraqlı və gərgin keçən çəkiliş prosesi bir həftəyə yaxın davam edib. Xatırladaq ki, Vüsalə xanımla tərəf müqabili Qafur bəyin klipdəki sevgi münasibəti həyatda da alovlanıb. Vüsalə xanım gerçəkdə qısqanc xanım olduğunu bildirsə də, xəyanətlə rastlaşmayacağına inandığını söyləyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm