• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Günay İbrahimli: “Məni qara siyahıya salacaqlarına hazıram” – QALMAQAL+AÇIQLAMA

Günay İbrahimli: “Məni qara siyahıya salacaqlarına hazıram” – QALMAQAL+AÇIQLAMA

Müğənni Günay İbrahimli ATV telekanalında yayımlanan “Kimdir nömrə 1” yarışmasının iştirakçılarından olub. Verilişin ilk efirində digər iştirakçılarla birgə yarışmaya qatılan Günay layihənin ikinci həftəsində canlı yayımda görünməyib. İfaçının bu addımı layihənin rəhbəri və aparıcı Cavid Gül başda olmaqda münsiflər heyətinin, prodüser Tarix Əliyev və teleaparıcı Afaq Gəncəlinin narazılığına səbəb olub. Layihənin digər iştirakçıları da həmkarlarının bu addımını hörmətsizlik kimi qəbul ediblər.

Məsələ ilə bağlı hər kəs canlı yayımda öz fikrini bildirib. Hətta Günay layihədən imtina etdiyi zaman onu həmkarı Yaşar Yusub növbəti həftənin duelinə dəvət edib.

Qalmaqalın tam mərkəzində olan Günay başına gələnlərlə bağlı Publika.az-a açıqlamanı verib: “Mənim ATV telekanalının rəhbərliyinə də, o layihənin bütün iştirakçılarına da sonsuz hörmətim var. Olanlarla bağlı çox narahatçılıq keçirirəm. Layihəyə dəvət alanda demişdim ki, bir həftədən çox qala bilməyəcəyəm. Sadəcə, təklif edən dostların dəvətindən lap başından imtina edə bilmədim”.

Günay “Maşın” realiti şousundan sonra SMS-lə keçirilən yarışmalara qatılmayacağını qeyd etmişdi: “Üstəlik, onu da vurğulayım ki, bu layihə maraqlı olduğu qədər də qalmaqallıdır. Mən də heç bir həmkarımla münasibəti korlamaq istəmirəm. Çünki söhbətlər hər kəsin adı ətrafında gedincə, susmaq mümkün deyil. Amma uzaqlaşmağımın səbəbi tək bu deyil. Mən yarışmaya qatılmadan öncə də bu addımı atacağımı demişdim”.

Günay dünən canlı efirdə növbəti həftənin duelinə dəvət olunması haqda da danışıb: “Dünən mənim “Sənə bağlanıram” adlı klipimin çəkilişləri idi. Günorta saatlarında verilişin prodüserləri zəng etdi və biz dedik ki, canlı yayıma gələ bilmirik və layihədən imtina edirik. Amma buna baxmayaraq, məni yenidən duelə dəvət etdilər. Heç kim bu addımı mən tərəfdən hörmətsizlik kimi qəbul etməsin, amma mən daha o layihəyə gəlməyəcəyəm”.

İfaçı bu söz-söhbətdən sonra baş verəcək hadisələrə hazır olduğunu da vurğulayıb: “Bilirəm ki, bundan sonra məni telekanal qara siyahıya salacaq. Buna artıq hazıram. Amma əminəm ki, rəhbərlik də, layihə iştirakçıları da nə vaxtsa məni başa düşəcəklər. Mənim heç kimdən incikliyim yoxdur və hər kəsə təşəkkürümü bildirirəm”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR