Natavanın bəxtini açacaqlar - Video
Bizi izləyin

Tabloid.az

Natavanın bəxtini açacaqlar - Video

Natəvanın bəxtini açacaqlar

Daha bir tanınmış sima “Zirvədəkilər” layihəsinə qoşuldu. Publika az-ın məlumatına görə, bu müğənni Natavan Həbibidir.

Müğənni “Günəşdən qorxmadan” mahnısı ilə layihənin nominantı olub. Müğənninin ifa etdiyi adıçəkilən mahnıya çəkilən video-çarx artıq sosial şəbəkələrdə yayılıb.

Tamaşaçılar Natavan Həbibiyə “Zirvədəkilər” layihəsinin “Facebook” sosial şəbəkəsində rəsmi səhifəsində səs verə bilərlər.

Qeyd edək ki, “Zirvədəkilər” layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur.

Onu da əlavə edək ki, səsvermənin nəticəsində qaliblər mayda qala konsert proqramıyla çıxış etməklə mükafatlandırılacaqlar.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm