
63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (İnternational Filmfestival Mannheim-Heidelberg) “Nabat” bədii filminin Almaniya premyerası baş tutub.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından
Publika.az-a bildirilb ki, təqdimatda və
təqdimatdan sonra baş tutan mətbuat konfransında filmin rejissoru
və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.
Festivalın növbəti günlərində filmin Mannheym şəhərinin
"Schlossgarten" və Heydelberq şəhərinin “Stadthaus” və “Kino
Atlantis” kinoteatrlarında 5 nümayişi də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında 2014-cü ildə istehsal olunan “Nabat” filminin
ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu
rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat,
quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran
əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir
Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.
Cəvahir