“Muskomediya” premyeraya hazırlaşır
Bizi izləyin

Tabloid.az

“Muskomediya” premyeraya hazırlaşır

Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Yevgeni Şvartsın “Qırmızı Papaq” əsərinin son məşqləri yekunlaşmaq üzrədir.

Publika.az-ın məlumatına görə, tamaşanın quruluşçu-rejissoru, əməkdar artisti Boris Qrafkin əməkdaşımızla söhbətində bildirib ki, əsərin premyerası təqribən noyabrın sonu – dekabrın əvvəllərinə nəzərdə tutulur.

B. Qrafkin bildirib: “İlk növbədə tamaşanın araya-ərsəyə gəlməsində teatrımızın direktoru Əliqismət Lalayevin xüsusi diqqət və qayğısını qeyd etmək istərdim. Əsərin əsas qayəsini xeyirlə şərin mübarizəsində sonda xeyirxah qüvvələrin qalib gəlməsi, gənclərin yaşlı nəslə qayğı və diqqəti təşkil edir. İnanıram ki, məhz bu amil xüsusilə balaca tamaşaçılarımızın tərbiyəsində mühüm rol oynayacaq”.

Qeyd edək ki, tamaşada əsas obrazları əməkdar artistlər Emma Məlikova, Səmayə Musayeva, aktyorlar Elçin İmanov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Rəsmiyyə Nurməmmədova və başqaları canlandıracaqlar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm