Gənc müğənni Kamran Ağayevin sevgilisidir? – AÇIQLAMA – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Gənc müğənni Kamran Ağayevin sevgilisidir? – AÇIQLAMA – FOTOLAR

Müğənni Afaq Aslan futbol üzrə milli komandamızın və “Qəbələ” klubunun əsas qapıçısı Kamran Ağayevlə sevgi macərası yaşadığı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Sənətçi Publika.az-a açıqlamasında bildirib ki, Kamranla dostdurlar. Amma yayılan xəbərlərin başqa əsası var:


“Kamran Ağayev çox hörmətlə yanaşdığım, xətrini istədiyim dostlarımdan biridir. Tədbirlərin birində çox səmimi şəkil çəkdirmişik. Bu şəkil bizim aramızda nələrinsə olmağı mənasına gəlməməlidir. Diqqət etsəniz, mənim bir çox populyar insanlarla fotolarım var. Kamran Ağayev bütün xanımların arzusunda olduğu ağ atlı bəy obrazıdır. Mən isə bütün bəylərin arzusunda olduğu və əllərinin çatmadığı, cazibədarlığım və şarmımla çoxlarından seçilən xanım sənətçiyəm. Ona görə də jurnalistlər bizi yaraşdırıblar və buna normal yanaşıram”.

A.Aslan “Dostunuz Kamran Ağayevin müğənni sevgilisi varmı” sualına belə cavab verib:


“Onu Kamrandan soruşun”.

Qeyd edək ki, bu gün bir çox saytlar Afaq Aslanla Kamran Ağayevin sevgili olmasıyla bağlı xəbər yaymışdılar.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm