Məşhur yapon pianoçusu Bakıya gəlir
Bizi izləyin

Tabloid.az

Məşhur yapon pianoçusu Bakıya gəlir

Məşhur yapon pianoçusu Çisato Kusunoki noyabrın 19-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında konsert proqramı ilə çıxış edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, musiqiçinin konserti Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tanınmış məzunu, SSRİ xalq artisti Murad Kajlayevə həsr olunacaq.


Nazirlikdən bildiriblər ki, səfər çərçivəsində M.Kajlayev və Ç.Kusunoki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində görüşlər keçirəcəklər.


Qarşıdan gələn 2 ay ərzində Ç. Kusunokinin M.Kajlayevin əsərlərindən ibarət proqramla qastrol səfərləri planlaşdırılıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm