Seda Sayanı cəzalandırdılar – FOTO
Bizi izləyin

Tabloid.az

Seda Sayanı cəzalandırdılar – FOTO

Türkiyə Radio və Televiziya Şurası tanınmış müğənni Seda Sayanı yenidən cəzalandırıb.

Sənətçi verilişini yarımçıq tərk etmiş Niran Ünsalın arxasınca danışdığı üçün 174 min lirə cərimələnib.

Qeyd edək ki, avqust ayında qurum Seda Sayanı iki yoldaşını öldürən Sefa Çalınakı ekrana çıxardığı üçün də cəzalandırmışdı.

Niran Ünsalın şikayət müraciətini qiymətləndirən Radio -Televiziya Şurası 30 oktyabr 2014-ci il tarixli toplantısında Show TV-yə yekdilliklə cəza qərarı verib.

Qeyd edək ki, N.Ünsal son zamanlarda ictimai əxlaq qaydalarını pozan, uşaqlara pis nümunə olacaq musiqi kliplərinə qarşı bir kampaniyaya başladığını bildirmişdi. Bundan sonra efiri tərk edən Ünsalın ünvanına Seda Sayan bu sözləri işlətmişdi:

“Sənin də açıq kliplərin var. Dörd uşaqdan sonramı ağlın başına gəldi?”

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm