• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rza Zərrab istintaqı aldadıbmış? - İLGİNC FAKTLAR

Rza Zərrab istintaqı aldadıbmış? - İLGİNC FAKTLAR

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rza Zərrabın başı yenə qalmaqaldadır.

Keçmiş nazir Zəfər Çağlayana İsveçrədən saat gətirməkdə vasitəçilik etdiyi iddia olunan Yusuf Tutuş azərbaycanlı iş adam Rza Zərrabın ildə 1 milyon avroluq saat aldığını bildirib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbər görə, Tutuş bildirib ki, “Patek Philippe” dünyanın ən qiymətli saat markasıdır və bu firmanın saatları ağ qızıldan hazrlanır:

“Sonradan öyrəndim ki, həmin saatların qiyməti 300 min frankdan başlayır. Müştərim Rza Zərrab hər il dəyəri 20-50 min avro arasında dəyişən - ümumilikdə bir milyon avro dəyərində saatlar alırdı. O, aldığı saatları hədiyyə edirdi və bildiyimə görə, hədiyyə etməyi sevən biridir”.

AKP-dən olan dörd keçmiş nazirlə əlaqədar rüşvət və korrupsiya iddialarını araşdıran Məclis Komissiyası şahid dinləmələrinin ilk mərhələsini yekunlaşdırıb.

İstanbul Ədliyyəsindəki ilk dinləmələrin ardınca 10 şahidin ifadəsi də Məclis Komissiyasında alınıb. Əldə edilən məlumata görə, Bakırköyde lüks saat mağazası olan Yusuf Grip belə ifadə verib:

"Rza Zərrabı tanıyıram. Yaxşı müştərilərimiz biridir, məndən az-az saat alır. Həmişə də aldıqlarını pulunu vaxtında ödəyib”.

CHP-nin komissiya üzvləri isə Zərrabın keçmiş nazir Egemen Bağışa şokolad qutusunda rüşvət paketi göndərdiyini iddia ediblər. Onlar keçmiş nazirin evdəki köməkçisi Maria Cazanjinin ifadəsində ziddiyyətlər olduğunu bildirərək, köməkçinin yenidən dindirilməsini tələb edəcəklərini açıqlayıblar. Əldə edilən məlumata görə, 2008-ci ildən Bağış ailəsinin yanında işləyən Cazanji paket hadisəsiylə əlaqədar bu məlumatları verib:

"Bir il əvvəl evdə idim. Daxili telefondan zəng gəldi. Bildirdilər ki, bir paket gətirilib. Evin xanımı - yəni Egemen bəyin həyat yoldaşı Beyhan xanımı axtardım, amma tapmadım. Telefonla Egemen bəyi yığdım. Dedi ki, paketdən xəbəri var. Ardınca əlavə etdi ki, paketdəki şokoladdır, get götür. Daha doğrusu dedi ki, get al, xəbərim var. “Şokolad var” deyib-demədiyini aradan xeyli vaxt keçdiyi üçün tam xatırlamıram. Avtomobildəkilərdən biri mənə bir karton paket verdi və heç nə demədi. Çantanın içindən üzəri tüllə örtülmüş, sanki, gümüş bir qab içində olan şokolad qutusunu gördüm. Beyhan xanım gələn kimi bu barədə ona məlumat verdim. Beyhan xanım tülü belə açmadı. Hərdən evə bayramlarda buna bənzər şokoladlar gəlirdi. Həmin şokoladları isə sağa-sola paylayırdıq. Paketi mən açdım. İçindən şokoladdan başqa bir şey çıxmadı. Daha doğrusu, şokoladdan savayı qabın içində başqa bir şey yox idi. Həmin günlərdə evə başqa heç bir şey – qalstuk və ya digər geyim gətirilmədi. Gəlsə, mən mütləq görərdim".

Rəza Zərrab isə prokurorluqda verdiyi ifadəsində Egemen Bağışın evinə pul göndərməyi ilə bağlı səsləndirilən iddiaları rədd edib. Amma iş adamı keçmiş nazirin evinə hədiyyə göndərdiyini danmayıb :“Bir dəfə evinə bayram hədiyyəsi olaraq “Vakko” firmasından bir köynək göndərdim”.

Bu arada Zərrabın daha bir yalanının üstü açılıb. Məclis Komissiyasına ifadə verməkdən imtina hüququndan istifadə edən iş adamının bu hərəkəti müxalifətdən olan partiya nümayəndələrinin etirazına səbəb olub.

Onlar Zərrabla Zafer Çağlayan arasında pul alış-verişi barədə verilən ifadələrin komissiyanın raportuna daxil edilməsini tələb ediblər.

Qeyd edək ki, Zərrab 2014-ci ilin 5 may tarixində istintaqa belə ifadə vermişdi:


“İqtisadiyyat nazirinə Muşda inşa edilən bir məktəbə dəstək ola biləcəyimi söylədim və 2 milyon lirə göndərdim. Ramazan paketləri üçün isə iki milyon göndərdim. Səhv etmirəmsə, Muşda tikilən bir məscidin inşası üçün də bir milyon lirə yardım etmişdim. Mən hər hansı işə kömək edərəm, amma başqa detallarla maraqlanmaram. Bu, mənim xasiyyətimdir”.

Amma məşhur iş adamı bundan cəmi 16 gün sonra verdiyi ifadədə dediklərini qismən təkzib edib:
“5 May 2014-cü il tarixində qeyd etdiyim rəqəmlər səhvdir. O gün siz məndən soruşanda ilk ağlıma gələnləri söylədim. Daha sonra apardığım araşdırmada məlum oldu ki, mən məktəb inşası üçün hörmətli nazirə 1 milyon lirə göndərmişəm. Ramazan paketləri üçün 1 milyon lirə yardım etmişəm. Məscidə etdiyim köməyi da biz birbaşa özümüz etmişik”.

Qeyd edək ki, Zərrabın məhz bu ziddiyyətli açıqlamaları müxalifət partiyalarının məsələyə ciddi diqqət ayırmalarına səbəb olub.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR