Azərbaycanlı müğənni seriala çəkilir – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənni seriala çəkilir – FOTOLAR

Tanınmış müğənni Sevda Kazımova seriala çəkilir.

Publika.az-a bu barədə danışan müğənni “Boyunbağı” adlı serialda rol alıb.

Rejissor Elçin Cahangirlinin və ssenarist Firudinin ərsəyə gətirdikləri yeni serialda müğənni ana rolunda çıxış edəcək: “Elçin Cahangirlinin çəkdiyi filmlər hər kəsin yadındadır. Ortaya hər zaman keyfiyyətli iş çıxarır. Buna görə də onun dəvətini sevə-sevə qəbul etdim, bildim ki, çəkildiyim serial izləyicilərin marağına səbəb olacaq. Azərbaycanın bir çox sevilən və tanınmış aktyorları həmin serialda rol alıb. Yeri gəlmişkən, serialda tərəf müqabilim xalq artisti, sevilən sənətkar İlham Namiq Kamaldır. Bu, mənim məsuliyyətimi ikiqat artırır. Çünki İlham müəllimlə tərəf müqabili olmaq böyük məsuliyyətdir”.

S.Kazımova onu da bildirdi ki, bu, çəkildiyi ikinci serialdır. Aktrisa kimi ilk dəfə özünü “Sevginin göz yaşları” serialında sınayıb: “Artıq ilk seriala çəkilmişdim, buna görə də ikinci dəfə serialda oynamaq mənim üçün o qədər də çətin olmadı. Deyilənə görə, səhnədə özümü aktrisa kimi sınamağıma dəyər. Həmişə çalışıram mənə həvalə olunan rolu təbii və səmimi oynayım. Düşünürəm ki, yalnız təbiiliklə tamaşaçını ələ almaq olar. Çünki bugünkü tamaşaçı yetişmiş, zövqlü tamaşaçıdır və onu qeyri-səmimi oyunla cəlb etmək mümkün deyil”.

Olmaya, Sevda Kazımova müğənnilik fəaliyyəti ilə vidalaşıb, aktrisa kimi fəaliyyət göstərmək fikrindədir? Aldığımız cavab belə oldu: “Qətiyyən belə bir fikrim yoxdur. Məni müğənni kimi tanıyıb, seviblər. Sənət aləmində də çoxlu yeniliklərim var, yeni mahnılar yazdırıram. Amma əgər aktrisa kimi də özümü göstərə bilirəmsə, daha yaxşı. Əslində, xarici ölkələrdə, o cümlədən qardaş Türkiyə sənət aləmində müğənnilərin serialda oynaması ənənə halını alıb. Əsas odur ki, hər iki işin öhdəsindən peşəkarlıqla gələsən. Yerli seriallarımıza marağın artması vacibdir”.

Yeni rolu ilə seviləcəyinə əmin olan Sevda xanım yaxın günlərdə yeni mahnısını da dinləcəyicilərinə təhvil verəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm