Xalq artisti üsyan etdi: "Anam öləndən sonra pensiya kartını bir il işlədiblər"
Bizi izləyin

Tabloid.az

Xalq artisti üsyan etdi: "Anam öləndən sonra pensiya kartını bir il işlədiblər"

Hər zaman intriqalı açıqlamaları ilə diqqət çəkən İlhamə Quliyeva yenidən “od püskürüb”.

Tabloid.az xəbər verir ki, xalq artisti budəfəki açıqlamasında yerli şou-biznesdə onu gözü götürməyənləri tənqid edib:

“Mənə heç kəs söz atmasın. Nəinki mənə, mənim səviyyəmdə olan sənətkarlara kimsə söz atmasın. Mən Tükəzban İsmayılovanın, Həbib müəllimin ailə akademisyasında tərbiyə almışam. Elə bir ailənin nümayəndəsiyəm ki, heç kim mənə artıq heç nə deyə bilməz. Azğın, çaşan bir məxluq var ki, heç bilmirsən, hansı mənsəbə qulluq edir. O adam ümumi sözünü atır, ora mən və digər sənətkarlar daxildir. Deyir ki, oxumasınlar, gedib, evdə otursunlar. Ə, sən kimsən? Sən kimsən deyəsən ki, filankəs oxumasın. Nəçisən? Yadına sal, gör səni Azərbaycana kim gətirib?”

Xalq artisti “10Lar” verilişinə açıqlamasında ad çəkməsə də, bunları deyib:

“10 il mənim çörəyimi yeyiblər. Cibgirlik edib, pullarımı oğurlayıblar. Onlar vaxtilə əlindən tutduğum insanlardır. Anam rəhmətə gedəndən sonra, onun pensiya kartı ilə düz 1 il bankomatdan pulunu yeyiblər. Sonra da mən dövlətə cibimdən neçə min pul ödəmişəm. Burada yanımda süfrəmdə oturub, çörəyimi yeyə-yeyə haqqımda ağıllarına gələni mesajla yazıblar. Onların hamısını it kimi qovmuşam. Ətrafımda biri də yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm