“Avroviziya-2014” uşaq yarışmasının qalibi bəlli oldu
Bizi izləyin

Tabloid.az

“Avroviziya-2014” uşaq yarışmasının qalibi bəlli oldu

“Avroviziya-2014” uşaq yarışmasının qalibi bəlli oldu.

Publika.az xəbər verir ki, bu ilki qalib italiyalı Vinçenso Kantiello olub. O, müsabiqədə “Tu primo grande amore” (Sən mənim ən birinci sevgimsən) mahnısını ifa edib.

Maltanın Marsa şəhərində keçirilən müsabiqənin finalında 16 ölkədən – Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Malta, Bolqarıstan, Ermənistan, Xorvatiya, Kipr, İtaliya, San-Marino, Çernoqoriya, Serbiya, Sloveniya, İsveç və Niderlanddan olan iştirakçılar yarışıblar.

Qeyd edək ki, uşaq “Avroviziya”sı ilk dəfə 2003-cü il noyabrın 15-də keçirilib. Bu il Maltada keçirilən mahnı müsabiqəsinin səciyyəvi xüsusiyyəti iştirakçı ölkələr xaricindəki tamaşaçılar üçün nəzərdə tutulmuş internet səsverməsi olub. Yarışmanın “Onlayn mükafat” nominasiyası üzrə qalibi məhz onların verdiyi səslərə əsasən müəyyənləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm