Tabloid.az
Azərbaycan şou-biznesinin “Dartanyan və 3 müşketyor“u Tiflisdə
Azərbaycan şou-biznesinin 4 tanınmış siması Bakının istisindən uzaqlaşmaq üçün bir günlük Tiflisə gediblər.
Bu barədə Publika.Az-a teleaparıcı, prodüser Mirsalam Mirsalamov
özü danışıb. M.Mirsalamov bildirib ki, onun təşəbbüsü ilə yaxın
dostları olan teleaparıcı İlkin Həsəni, rejissor, ssenarist Azər
Baxşəliyev və aranjemançı-bəstəkar Tərlan Məmmədhüseynov Tiflisə
istirahətə gediblər.
“Bakının istisi bizi boğur, darıxırıq... onu da bilirdim ki, radio
aparıcısı DJ Fateh Tiflisdə istirahət edir. Mən də uşaqlara
məsləhət gördüm ki, bir günlük də olsa, biz də Tiflisə gedək. Amma
necə? Maşınla, təyyarəylə, yoxsa piyada? Son qərarımız belə oldu
ki, qatarla gedək. Yolboyu xoş əhval-ruhiyyədə olduq, gömrükdən 10
dəqiqəyə Gürcüstana keçdik. Elə bildim, hava limanından keçirəm.
Çünki çox gözəl gömrük keçid məntəqəmiz var. Tiflisə doğru, yola
davam etdik.
Gürcüstan paytaxtının “Şardane” küçəsindəki otelə yerləşdik. DJ
Fateh ilə görüşdük, birlikdə şəhəri gəzdik. Tiflisin maraqlı
kafelərini, restoranlarını, parklarını gəzdik. Bir rejissorun
maraqlı görünüşdə evi var, orada da olduq. Bir sözlə, 24 saat
Tiflisdə, 47 saat isə yolda olduq. Tiflis, tarixi Azərbaycan şəhəri
olduğundan, Bakıya, Şəkiyə oxşayır”, - M.Mirsalamov söyləyib.
Teleparıcı-prodüser onu da qeyd edib ki, dörd nəfər olduqlarından,
Tərlan məşhur filmdəki "Dartanyan", Azər "Artos", özü "Bartos",
İlkin isə "Aramis" idi. O, hesab edir ki, qızlar İlkini sevdikləri
üçün, ona daha çox maraq göstərirdilər.
Fuad Mədətov
Publika.Az
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı