Cazibədar Nuradan xəbər var – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Cazibədar Nuradan xəbər var – FOTOLAR

Məşhur müğənni Nura Surinin yaradıcılığında yenilik var.

“Az olsun, saz olsun” prinsipinə üstünlük verən müğənni daha bir mahnısını internet və radio dinləyicilərinin ixtiyarına buraxıb. Nura söz və musiqisi, eləcə də aranjimanı Muxtar Abseynova məxsus “Küləklər şəhəri” adlı mahnı ifa edib.

Publika.az-a açıqlama verən Nura bəstəni eşidən kimi sevdiyini açıqladı: “Mahnını dinləyən kimi sözün əsl mənasında aşiq oldum. Çox gözəl mahnıdır. Muxtar sevdiyim və peşəkar musiqiçilərdəndir. “Küləklər şəhəri” onun yaradıcılığından ifa etdiyim ikinci mahnıdır. Bu mahnını bəstəkarın tələb etdiyi kimi oxudum – sakit, insanı yormayan falset səslə”.

Nura Suri bu mahnıya mütləq klip çəkdirəcəyini açıqlayır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm