• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elçin Hüseynov həmkarlarının gizli işlərindən danışır

Elçin Hüseynov həmkarlarının gizli işlərindən danışır

Müğənni Elçin Hüseynov həmkarlarının gizli gördükləri işlərindən danışıb. Adının qalmaqallarda hallanmasını istəməyən müğənni hər kəsi gülərüz şəkildə yola verdiyini dilə gətirib. İşindən başqa, şəxsi həyatından da danışan ifaçı ailəsinə hər zaman sadiq qalacağını söyləyib. Publika.Az-a müsahibə verən Elçin küsülü qaldığı insandan da söz açıb.


-Simanizda hər zaman təbəssüm var. İnsanları yola verirsiniz, yoxsa hər zaman belə gülərüzlüsünüz?
-Hər zaman insanları başa düşməyə çalışmışam və heç kimlə dalaşmamışam. Başımı aşağa salıb işlərimlə məşğul olmuşam. Hər kəsin özünəməxsus xarakteri var. Sənətdə olan dostlarıma da məsləhət görərdim ki, dalaşmasınlar. Hər zaman bir-birlərinə can deyib, can eşitsinlər.

-Bəs sizin xətrinizə dəyən olub?
- Xeyir olmayıb. Çünki bu zamanadək heç kimin işinə qarışmamışam və kiməsə qəlb qırası söz deməmişəm.

- Elçin bəy, kinli birisiniz?
-Küsmək kişiyə yaraşan hərəkət deyil. Ancaq mənə yaxın olan insandan incimişəm. Kinli insan olmadığım üçün də tez bir zamanda incidiyim insanla barışmışam.

-Hansısa sms yarışlarının birində qalib gəlmək üçün pul xərcləyərsiniz?
-Xeyr, heç vaxt sözügedən verilişlərə pul xərcləmərəm. Bəzi həmkarlarım var ki, birincilik üçün əllərindən gələnləri edirlər. Ancaq mən elə verilişlərə sənətimi göstərmək üçün gedirəm. Mənə ayıb olar ki, maşınımı satım, veriliş zamanı rəqibimlə dalaşım, yaxuda da özümə tamaşaçı ordusu yığım.

-Özlərinə rəqib görməyən və özlərindən razı olan müğənnilərə aranız necədir?
-Dinimizdə yoxdur ki, kimsə “mənəm-mənəm” desin. Özündən lovğa olan insanlar Allah tərəfindən bəyənilmir. Hansısa müğənniyə fəxri adlar verirlərsə, deməli həmin ifaçı o mükafata layiqdir.

-Sizə yaxın olan insan kimdir?
-Mənə yaxın olan ailəmdir. Həmkarlarımla da münasibətim yaxşıdır. Yaxşı dostlar sırasında Ədalət Şükürovun, Rüfət Axundovun, Elçin Cəfərovun, Ayaz Qasımovun, Elton Hüseynəliyevin, Mətanət Əsədovanın, Nüşabə Ələsgərlinin və başqalarının adlarını çəkə bilərəm. Ancaq Rüfət Axundovla ailəvi dostuq.

-Qadınla kişinin dostluğuna necə baxırsınız?
-Dost sözü çox məsuliyyətli kəlmədir. Hər kəsə dost demək düzgün deyil. Ancaq kişi ilə qadının dostluğuna normal baxıram. Qadın həmkarlarıma dostdan çox, yaxın münasibətdə olduğum insan deyərdim.

-Şəxsi həyatınız necə gedir?
- Şəxsi həyatımda hər şey yaxşıdır. Çünki dünya gözəli iki gözəl qızım var. Birinin adı Maya, digərinin adı isə Röyadır.

-Siz nə əcəb evlənib, boşanmış həmkarlarınızın sırasında deyilsiniz?
-Allah o gündə saxlasın. Ümumiyyətlə, bizim nəsildə boşanmaq söhbəti yoxdur. İndiki gənclərə də məsləhət görərdim ki, ailələrinin qədrini bilsinlər və evlənəcəkləri zaman kiminlə ailə qurduqlarına diqqət etsinlər. Azərbaycanlılar artıq evliliyə müsairlik kimi baxırlar. Ancaq biz heç vaxt adət-ənənəmizi yaddan çıxarmamalıyıq.

Dəniz
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR