Yaşar Nuri: “Dilimiz var, dirçəyimiz də var, düşmən bunu bilsin!”
Bizi izləyin

Tabloid.az

Yaşar Nuri: “Dilimiz var, dirçəyimiz də var, düşmən bunu bilsin!”

Dünən Türkiyənin Amerika Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, “Şöhrət” ordenli Yaşar Nuri Heydər Əliyev Hava Limanında ayaq üstə jurnalistlərin suallarını cavablandırıb.


Publika.Az jurnalistlərin Yaşar Nuri ilə səmimi söhbətini (olduğu kimi) və hava limanında çəkilən eksklüziv görüntüləri təqdim edir.

- Yaşar müəllim, necəsiniz?

- İyi. (gülür)

- Xəstəxanada həkimlər sizə necə baxırdılar?


- Həkimlər yaxşı baxırdılar. Gedən gündən Hacı Zahir ilə tanış olduq. O, Azərbaycana tez-tez gəlib-gedən olub. Cahangir, Əlixan, Teymur da orada idi. Darıxanda da Hacı Zahir ilə söhbət edirdik. Firəngiz gün ərzində dörd dəfə zəng edirdi. Zənglərin üçünə cavab verirdim, dördüncüsünə yox.

Firəngiz Mütəllimova: - Yalandan deyirdi ki, çöldəyəm. (gülür)

Yaşar Nuri: - Bütün Azərbaycan xalqına minnətdarm! Orada mənə saytları göstərdilər. Mən hər dəfə xəstələnəcəyəm, camaat da məni çəkəcək? (hamı gülür) Yox.

- Ən çox nə və kimin üçün darxırdınız?

- Bu suala cavab vermişdim. Birinci sənətə gəlib, sonra evlənmişəm. (gülür)

- Ən sevindiyiniz məqam nə oldu?

- Təyyardən aşağı baxmağım... Azərbaycanı tanımaq olmurdu. May ayında “Eurovision”u baxırdım. Fəxr edirdim! Orada, “Azərbaycan! Azərbaycan!” deyirdim. Dilimiz var, dirçəyimiz də var. Düşmən bunu bilsin!

- Vəd verirsiniz ki, bir daha xəstələnməyəcəksiniz?

- Sən tibb elmləri doktoru deyilsən? (hamı gülür) Allahın işidir. İstəyirəm ki, xəstələnməyəm. Həkim deyənlərə əməl etsəm... gündə 7 dənə dondurma yeyirdim. Siqaret çəkirdim, amma olmazdı. Spritli içki isə içmirdim. Çalışaram ki, bundan sonra xəstə olmayım.

Prezidentimiz sağ olsun, məni “Şöhrət” ordeni ilə təltif etdi. Bunu mənə Firəngiz dedi.

- İlham Rəhimli kitab yazmışdı... Həmin kitabı özünüz də saxlayırdınız...

- Bəli. Orada həmin kitab üçün azərbaycanlılar arasında növbə var idi. Hamısı kitabı oxuyurdular. Çox qürur hissi verirdi. Kitab mənim haqqımda yazılıb. Amma belə şeylərdən xoşum gəlir. İlham Rəhimli çox gözəl kitab bəxş edib.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm