Övladları Elza Seyidcahana qadağa qoydular
Bizi izləyin

Tabloid.az

Övladları Elza Seyidcahana qadağa qoydular

Azərbaycan estradasının əməkdar artisti Elza Seyidcahan qeyri-adi libaslarından danışıb. Müğənni geyimlərinə görə, onu bu vaxtadək məsxərəyə salan insanlardan da söz açıb. Elza xanım, şəxsi həyatından danışmağa çəkinərək övladlarının ona qadağa qoyduğunu dilə gətirib.

Əməkdar artistin Publika.Az-a müsahibəsini sizlərə təqdim edirik:

-Qeyri-adi libaslarınız hər zaman söz-söhbət yaradıb. Bu cür geyimləri seçməyinizdə səbəb nədir?

-Geyindiyim libaslar özümə xoşdur. Bəzən ətrafdakı insanlar düşünürlər ki, gündəmdə qalmaq üçün bu cür geyimlərdən istifadə edirəm. Amma yanılırlar. Bəlkə də saç düzümüm və geyimlərim maraqlı olduğundan hər kəs məndən danışır. Bunun da “günahkarı” mən deyiləm. Gündəmdə qalmağa isə ehtiyacım yoxdur. Artıq yetərincə tanınıram. Bir çox mahnılarımın sayəsində yaddaşlara həkk olmuşam. Kimə hansı mahnım xoşdursa, o musiqi ilə də yadda saxlayıb. İstərdim ki, məni görkəmimə görə deyil, mahnılarıma görə tanısınlar. Ümumiyyətlə, səhnə adamı qeyri-adi və gözəl görünməlidir. Arzum budur ki, musiqiçi olduğumdan ifam və bəstələrim yaxşı olsun. Düşünürəm ki, Allah məni o arzuma çatdırıb. Səhnədə olduğum müddət ərzində çalışacam ki, tamaşaçılarımı hər zaman sevindirim. Həmkarım İlhamə xanım kimi öz üzərimdə daima işləyib, yeniliklər edəcəm. Əsas odur ki, heç kimin arxasınca danışmıram.

-Gündəmdə qalmağı bacarmayan və üzünüzə gülüb arxanızca danışan müğənnilər kimlərdir?

-Adlarını çəkə bilməyəcəm. Ancaq hər zaman arxamca danışıb, üzümə gülüblər. Mənim qaloş geyinməyimə və ya başıma şal bağlamağıma kim əsəbləşirsə, baxmasın. O qaloşu rahatçılığım üçün geyinirəm. Nənələrimizdən qalan tirmə şalı bağlamaq isə mənə xoş təsir bağışlayır. Və yaxud da yaşıl rəngli dodaq boyasından istifadə etməyim böyük səs-küyə səbəb olmuşdu. Bəzi adamlar başa düşmür ki, mən imic yaratmalıyam. Sənət adamı gözəllik üçün yox obraz üçün geyinməlidir. Adi insanlardan fərqlənməliyik. O obrazı 3 dəqiqəlik yaşamalıyam. Hər halda mən tək deyiləm. Stilistim və rejissorum nəyi məsləhət görürsə, onu da edirəm. Mənimlə işləyən böyük kollektiv var. Yəni ki, hər şeyi məsləhətləşərək edirəm.

-Geyimlərinizi lağa qoyan olub?

- Xeyr, olmayıb. Dəhşətli libaslar geyinmirəm ki, kimsə mənə dırnaqarası baxsın. Yumoristik “Bu şəhərdə” qrupundan başqa, heç kim mənim geyimlərimi məsxərəyə qoymayıb. Onları da bağışlamaq olar. Çünki sözügedən qrupun uşaqlarını çox istəyirəm.

-Elza Seyidcahan heç şou-biznesdən getməyi düşünür?

- Hələ ki, yox. Ürəyimdə bir çox mahnılar var ki, hələ onları ortaya çıxarda bilməmişəm. Qarşıda bir çox planlarım var. Ola bilsin ki, nə vaxtsa müğənnilikdən vaz keçdim. Ancaq bəstəkar kimi işlərim çoxdur. Ölənə qədər bəstəkar kimi fəaliyyət göstərəcəm.

-Övladlarının şəxsi həyatını gündəmə çıxardan həmkarlarınıza münasibətiniz necədir?

-Hərəni özünə görə, tanıyırlar. Şəxsi həyatım barədə heç kimə açıqlama vermək məcburiyyətində deyiləm. Kimsə mənim ailəmdə baş verənləri nəyə görə bilməlidir? Övladlarım haqda da danışmaq istəmirəm. Oğlumun xasiyyəti ağır olduğundan istəmir ki, onun haqqında mətbuatda nəsə danışım. Qızım da istəmir. Mənə qadağa qoyublar. Mən də söz vermişəm ki, onlar haqda danışmayacam.

- Övladlarınızın toyunda hansı sənətçiləri görmək istərdiniz?

-Bir çox sənət dostlarım var ki, onları görmək istərdim. Qonaqlar sırasında Elmira Rəhimovanı, xalq artistlərindən İlhamə Quliyevanı, İlqar Muradovu, Brilliant Dadaşovanı, Zülfiyyə Xanbabayevanı, Aygün Kazımovanı, Nisə Qasımovanı, əməkdar artist Abbas Bağırovu, müğənnilərdən Nüşabə Ələsgərlini, Eyyub Yaqubovu, Könül Kərimovanı, meyxanaçı Namiq Qaraçuxurlunu, qarmon ustası Ənvər Sadığovu, aşıqlardan Əhlimanı, Telli Borçalını və başqalarını görmək istərdim. Biz hər zaman bir-birimizin xeyrində-şərində iştirak etmişik. Odur ki, bizim yaxşı əlaqələrimiz var və bu insanlarla sözün əsl mənasında dostam.

Dəniz

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm