Hit mahnıların sirri nədir?
Bizi izləyin

Tabloid.az

Hit mahnıların sirri nədir?

“Elə ilk yazdığım mahnı hit oldu"

Radio dalğalarında ən çox səslənən və daha çox tələb edilən “Çarəsiz xəstəlik”, “Sil getsin”, “Ola bilərdin” mahnılarının bəstəkarı Pərviz Mahmudov sosial şəbəkələrdə də yaradıcı işləri ən çox müzkirə edilən sənətçilərdəndir.

Röyanın ifasında “Bəlkə də”, “Son görüş”, Aygün Kazımavının “Alışdırma”, “Gəl, bax, gör”, Sevda Yəhyayevanın “Buz kimi”, “O zaman”, “De mənə”, “Sən”, “Saxta”, Günay İbrahimlinin ifasında “Səndən öncə, səndən sonra”, “İzlər” kimi bir çox hit mahnıların müəllifi olan P. Mahmudov demək olar ki, bütün mahnılarının hit olmasının sirrini açıb:

“Elə ilk yazdığım mahnı hit oldu. Məncə, mahnının hit olması ürəklə və hislərlə bağlıdır. Yəqin ki, dinləyicilər mənim ruhumu bəyənir. Həm də, ən əsası mahnını müğənninin səsinə uyğun verirəm, çünki uyğun səsdə mahnı gözəl səslənir”.

Qeyd edək ki, “Ola bilərdin” mahnısına klip çəkiləcəyi də gözlənilir. Bununla yanaşı, P. Mahmud və G. Ibrahimli yaxın aylarda daha bir yaradıcı yeniliyə imza atacaqlar.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm