Məşhur aktrisa rejissor tərəfindən zorlandığını 28 il sonra açıqladı
Bizi izləyin

Tabloid.az

Məşhur aktrisa rejissor tərəfindən zorlandığını 28 il sonra açıqladı

47 yaşılı aktrisa Barbara Bouman 28 il əvvəl rejissor və aktyor Bill Kosbi tərəfindən cinsi təcavüzə uğradığını açıqlayıb.

Publika.az xəbər verir ki, "Daily Mail" qəzetinə müsahibə verən Bouman, 19 yaşında olarkən Kosbi tərəfindən zorlandığını bildirib. Onun sözlərinə görə, hadisə 1969-cu ildə oteldə baş verib.

"Bill Kosbi məni yatağın üzərinə atdı. Boynumdan tutaraq yatağa sıxdı. Kəmərini açarkən çıxardığı səsləri heç vaxt unutmayacam", - deyə Barbara 77 yaşlı rejissordan günahını etiraf etməyi tələb edib.

Aktrisa deyib ki, zorladıqdan sonra Kosbi ona evə getmək üçün 10 və ya 20 dollar ödəyib.

Kosbinin vəkili Con Şmitt isə aktrisanın iddialarını rədd edib.

Qeyd edək ki, məşhur rejissor Bill Kosbi 2004-cü ildə də təcavüz iddiasıyla üzləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm