Röya azərbaycanlı milyarderin qohumu ilə Türkiyədə - VİDEO
Bizi izləyin

Tabloid.az

Röya azərbaycanlı milyarderin qohumu ilə Türkiyədə - VİDEO

Röya Ayxanla Xəyyam Nisanovun birgə ifa etdiyi “Sənə ehtiyacım var” adlı mahnı qısa zaman ərzində radio dalğalarında sevildi.

Publika.az-ın məlumatına görə, söz və musiqisi Murad Arifə, aranjimanı Rəşad Bağırova məxsus mahnı ilin son günlərində artıq hit olmağa doğru gedir.

Mahnı hər iki ifaçının ürəyinə o qədər yatdı ki, tərəflər qardaş ölkədə, Türkiyənin İstanbul şəhərində ona klip də çəkdirdilər. “Sənə ehtiyacım var” bu gündən etibarən Röya və Xəyyam sevənlərin ixtiyarına buraxılıb. Klip yalnız Röyanın rəsmi “Youtube” kanalında - “Röya Official”da təqdim olunub.

Yeni klipin adı həm də Röyanın növbəti konsert proqramının adını daşıyır. Dekabrın 19 və 20-də Heydər Əliyev adına Sarayda Röya məhz “Sənə ehtiyacım var” adlı konsert proqramı ilə iki gün çıxış edəcək.

Klipi türkiyəli rejissor Mujdat Küpşi lentə alıb, yeni işin stilisti isə Bener Hamamcıdır. Adıçəkilən simalar daha öncə Röyanın sözləri Azər Şirinin, musiqisi Pərviz Mahmudovun olan “Mən sənsiz” adlı mahnısına çəkilən klipə də ekran həyatı veriblər.

Mahnının bəstəkarı Murad Arif isə elə bu ilin əvvəllində, Röyanın ifasında sevilən “Ona nə var ki” adlı xiti ərsəyə gətirmişdi.

Bu da gözlənilən “Sənə ehtiyacım var” klipi:

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm