Bakıda Film Festivalı başladı – FOTO
Bizi izləyin

Tabloid.az

Bakıda Film Festivalı başladı – FOTO

Noyabrın 18-də Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalının açılış mərasimi olub.


Publika.az-ın məlumatına görə, mərasimdən əvvəl keçirilən mətbuat konfransında İdman, Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko, Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian (Macarıstan), heyətin üzvü Yusif Şeyxov, fransalı rejissor Kristof Offenşteyn festivalın proqramı, təqdim olunan filmlər və dünyada keçirilən bənzər festivallar barədə məlumat veriblər.


Daha sonra festivalın açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev II Bakı Beynəlxalq İdman Filmləri Festivalının əhəmiyyətindən söz açıb.

Vurğulanıb ki, Avropa Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir.


Nazir əminliklə ifadə edib ki, bu oyunlar, həqiqətən də, nümunəvi bir idman bayramına çevriləcək.


Qeyd olunub ki, II Bakı Beynəlxalq İdman Filmləri Festivalı Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilir.


Ümid edirəm ki, Bakı festivalı idman kinosu sahəsində fəaliyyət göstərən sənət adamları üçün dostluq və əməkdaşlıq əlaqələri qurmağa kömək edəcək.


Festivalın ünvanına 33 ölkədən 115 film daxil olub. Onlardan 23 ölkəni təmsil edən 48 film müsabiqəyə buraxılıb. Filmlər 5 kateqoriya - “Bədii film”, “İdman və şəxsiyyət”, “İdman və dünya”, “TV filmləri” və “Milli film” üzrə bölüşdürülüb.


Noyabrın 20-dək davam edəcək festivalın ilk günündə Kristof Offenşteynin “Tənha” bədii filmi nümayiş etdirilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm