İTV-nin aparıcısı açıq-saçıq geyiminə görə işdən çıxarılıb
Bizi izləyin

Tabloid.az

İTV-nin aparıcısı açıq-saçıq geyiminə görə işdən çıxarılıb

Leyla Aslanovanın açıq-saçıq geyimi ilə bağlı gedən müzakirələrə İTV telekanalı rəsmi münasibət bildirib.

Bir neçə gündür sosial şəbəkələrdə "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın açıq-saçıq geyimi ilə bağlı gedən müzakirələrə İTV telekanalı rəsmi münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, telekanalın mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev facebook hesabında həmin aparıcının artıq İTV-nin əməkdaşı olmadığını bildirib:

“Bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir. Əslində isə keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o artıq İTV-nin əməkdaşı deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm